A-Qroup Sığorta Şirkətinin mənfəətində mənfi trend davam edir
İldən-ilə “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti azalır.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “A-Qroup Sığorta Şirkəti” ASC 2017-ci ili 1 milyon 417 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 50,5% azdır. Şirkət 2017-ci ildə 2 milyon 867 min manat, 2015-ci ildə isə 7 milyon 889 min manat xalis mənfəət açıqlamışdı.
2017-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 13 milyon 843 min manat, o cümlədən əsas əməliyyat gəliri 13 milyon 45 min manat (12 milyon 685 min manatı birbaşa sığorta haqları), investisiya gəlirləri 285 milyon 367 min manat təşkil edib.
Ötən il şirkətin cəmi xərcləri 12 milyon 708 min manat, o cümlədən sığorta ödənişləri 8 milyon 114 min manat təşkil edib.
ŞİRKƏT KİÇİLİB
31.12.2017-ci il tarixinə “A-Qroup Sığorta Şirkəti”nin cəmi aktivləri 22 milyon 983 min manat, cəmi öhdəlikləri 10 milyon 605 min manat, cəmi kapitalı isə 12 milyon 378 min manat təşkil edib.
2016-cı ilin sonunda “A-Qroup Sığorta Şirkəti” 23 milyon 132 min manat cəmi aktivlərə, 11 milyon 310 min manat cəmi öhdəliklərə və 11 milyon 823 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























