“PSG Kapital” nizamnamə kapitalını ikiqat artırıb
“PSG Kapital” İnvestisiya şirkəti nizamnamə kapitalını artırıb.
Şirkətdən "Marja"ya verilən məlumata görə, artım nəticəsində şirkətin nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksəlib.
Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçirilib. Bu addım çərçivəsində nominal qiyməti 1 000 manat olan əlavə 1 000 ədəd səhm buraxılıb.
Nəticədə “PSG Kapital” QSC nizamnamə kapitalının həcminə görə, ölkənin investisiya şirkətləri arasında lider mövqeyə çıxıb.
Xatırladaq ki, “PSG Kapital” şirkəti ölkənin qiymətli kağızlar bazarının ən aktiv iştirakçısıdır. Şirkət müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarlarında müxtəlif növ qiymətli kağızlar, o cümlədən səhm və istiqrazlarla əməliyyatlar, eləcə də investisiya portfelinin idarə edilməsi xidməti göstərir.
«PSG Kapital»ın müştəriləri arasında yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da var.
Şirkət ölkədə ən çox alınıb satılan SOCAR İstiqrazları üzrə market meykerdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
28 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























