Yaşayış binaları nədən yanır? – ARAŞDIRMA
Bakıda yanğınların böyük hissəsi əsasən çoxmənzilli yaşayış binaları ilə bağlıdır. Fövqəladə Hallar Nazirliyinin açıqladığı statistikaya əsasən ölkə üzrə baş verən yanğınların sayına görə 2-ci yeri çoxmənzilli yaşayış binalarında və fərdi evlərdəki yanğınlar tutur. Belə ki, 2017-ci ildə ümumilikdə 12911 yanğın hadisəsi baş verib. Bunların 7763-ü açıq sahələrə, 2337-si yaşayış binaları və fərdi evlərə aiddir. Yəni, açıq sahələri nəzərə almasaq, yaşayış binaları üzrə yanğın hadisələrinin sayı kifayət qədər yüksəkdir. Digər tərəfdən 2016-cı illə müqayisədə 2017-ci ildə yaşayış binalarında yanğınların sayı artıb. Yanğın halları adətən qış aylarında daha çox olsa da, havaların hələ də soyuq keçməsi mart-aprel aylarında da yaşayış binalarında yanğın hadisələrinin artmasına səbəb olub.
Bəs yaşayış binalarında yanğın nədən baş verir?
Yanğın hadisələri üzrə ekspert Tural Şükürov bildirib ki, yaşayış binalarında və fərdi evlərdən yanğınlar adətən elektrik naqillərində yaranan nasazlıq və yüklənmə ilə bağlı olur. Belə ki, təmir zamanı elektrik sisteminin düzgün qurulmaması, bu zaman kustar üsullardan istifadə edilməsi sonda böyük ziyanla nəticələnir:“Təmir zamanı elektrik işlərini peşəkar usta etmir, elektirik sisteminin sxemi qurulmur, heç bir texniki müqavilə bağlanılmır. Elektrik işlərini kustar, burma üsullarla quran usta görür. Sistemdə yüklənmə olanda naqilin burma şəklində bərkidilən hissəsi qızır və yanar konstruksiyaya keçir. Son nəticədə yanğın baş verir.”
“Yeni binalarda yanğına səbəb təbii qazın olmamasıdır”
Yeni tikililər və yaşayış komplekslərində gəlincə, T.Şükürov bildirib ki, bu binalarda yanğın hadisələrinin əsas səbəbi təbii qazın verilməməsidir: “Özüm yeni tikilidə yaşayıram və qaz çəkilmədiyi üçün bir il ərzində 3 belə yanğın hadisəsinin şahidi olmuşam”.
“Elektirik açarları ev qızdırılması üçün nəzərdə tutulmayıb”
Belə ki, bəzi yeni tikililərdə buna görə evlərin qızdırılması üçün elektrikdən istifadə edilir. Yeni tikililərdə isə elektrik avtomatları aşağı dövriyyəyə uyğun qurulub və ümumilikdə istilik üçün elektrikdən istifadə nəzərdə tutulmayıb:“Məsələn, 24 voltluq açardan 50 voltluq cərəyan istifadə olunur. Davamlı istifadə nəticəsində artıq qızma baş verir. 90% hallarda hadisələr elektrik şaxtasında baş verir. Orada mənftillər közərməyə başlayır və yanğın baş verir”.
Bəs yaşayış kompleksləri yanğın təhlükəsizliyini necə həyata keçirir?
Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinə müraciət etdik. MTKdan bildirildi ki, sakinlərin təhlükəsizliyi əsas diqqət yetirilən vacib məqamlardan biridir. Kompleks bütün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bir sıra məsələlərə diqqət yetirilir:
1.Şaxta məsələsi. Burada şaxtaların quruluşu fərqlidir. Belə ki, bütün binalarda bütün mənzillərin havalandırma çıxışı eyni şaxtaya olursa bizdə hər mənzilin çıxışı ümumu şaxtanın içinədəki böyük kanaladır və bu kanal yanğın baş verərsə termos effekti yaranıb yanğın sürətlə yayılmasın deyə hörülür. Beləliklə təhlükənin sürətlə yayılmasının qarşısı alınır.
2.Daş yunu – inşa edilən bütün binaların fasad materialı daş yunundandır. Bu material həm izolyasiya funksiyasını yerinə yetirir, mənzillərin qışda isti, yayda sərin qalmasını təmin edir, (Rusiya kimi sərt qışı olan ölkədə eyni izolyasiya materialından istifadə edilir) həm də yanğına tam davamlıdır üstəlik enerji xərclərinə 70%dək qənaet edilməsini təmin edir. Beləliklə, mənzildə baş verə biləcək yanğının digər mənzillərə keçmə riskini aradan qaldırır. Qeyd edək ki, material təbii tərkibli daşlardan hazırlanır.
3.Bütün binalarımız qazlaşdırılıb. MTKdan bildirildi ki, yaşayışa təhvil verilmiş bütün binalar qazla təmin edilib. Bu səbəbdən eletrik naqillərində yüklənmələrin baş verməsi mümkün deyil. Bununla belə mənzillər təmirli təhvil verildiyindən istifadə edilən Türkiyə istehsalı elektrik naqillərinin seçiminə və mənzildaxilində düzgün paylanmasına xüsusi diqqət göstərilir.
4.Hər binanın qarşısında yanğına qarşı lövhələr quraşdırılıb. Ordakı yanğın balonları daim yoxlanılır.
5.Binanın hər mərtəbəsində yanğına qarşı təzyiqli su durbası çıxışı və şlanqlar və tüstüyə qarşı qurğular var. Yanğın baş verərsə istənilən sakin yanğın yayılmadan qabaqlayıcı tətdir görə bilər. Blokda tüstü olarsa sistem işə düşür və xəbərdaredici səs verir.
6.Əlavə olaraq toz tərkibli yanğın topundan istifadə edilir. Hər mühafizə otağında bu toplardan mövcuddur.
7.Mühafizə xidməti. Bütün binalarda 24/7 mühafizə xidməti xidmət göstərir. Bütün ərazilər kamera müşahidə sistemi ilə daim izlənilir. Baş verə biləcək bütün neqativ halların qarşısı vaxtında alınmağı üçün və ya ilkin tədbirlər görülməsinə köməklik göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
11 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
12 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
12 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
12 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
12 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















