Alman turist: “Sizdə darıxdırıcıdır, həm də bahalıq”
Almaniyalı dostlarım Bakıda birhəftəlik istirahətdən, alış-verişdən, restoranlardan, paytaxtın görməli yerlərini gəzdikdən, Şahdağ turizm bazasına birgünlük səfərdən sonra darıxdılar və geriyə, vətənə dönməyə tələsdilər. Açıq danışmağı xoşlayan Hans hava limanında özünü saxlaya bilmədi və Azərbaycana səyahəti ilə bağlı öz peşəkar fikirlərini söylədi. O, Kölndə turizm firmasında menecer çalışır.
"Sizdə turistlərin yaşaması üçün qiymətlər çox yüksəkdir, personal güləriz deyil. Turizmin inkişafı üçün infrastruktur, əyləncə və ticarət mərkəzləri, mədəniyyət və tarixi yerlər olmalıdır. Təbiət, gözəl landşaft, iqlim xüsusiyyətləri Allah tərəfindən verilir. Qalan şeyləri isə yaratmaq və inkişaf etdirmək lazımdır. Xidmət sahəsi üzərində ciddi çalışmaq lazımdır", - Hans bildirdi.
Qonağım aktiv səyahətçidir, işi ilə əlaqədar dünyanın yarısını gəzib. Görəndə ki, restoranda xidmət edən ofisiant, oteldəki resepşn sifariş qəbul edərkən gülümsəmir, qaşqabaq tökür, psixoloji şok keçirmişdi. Bəyəm, bu, çətindir? Bəyəm, bunu onlara öyrətmirlər? Təbəssüm ünsiyyət yaradır, insanları əlaqə qurmağa sövq edir. Ünsiyyət qurmağı, kommunikasiya yaratmağı bacarmaq lazımdır. Xidmət mədəniyyətdir, biznesdir. Yaxşı kadrlar hazırlamaq lazımdır, bunu onlara öyrətmək lazımdır.
"Təkcə istirahət obyektləri, yollar ilə turizm yaratmaq olmaz. Peşəkar olmayanların bu sahədə çalışmasına yol vermək olmaz. Digər məqam mehmanxanalarda qalmaq xərcidir. Ərəblərdən fərqli olaraq, avtopalılar rasionaldır, odur ki, əgər ödənişi dəvət edən tərəf etmirsə, beşulduzlu otellərdən imtina edirlər, az ulduzlu otelleri seçirlər. Bakıda otellərdə bir gecənin qiyməti 240 dollar və yuxarıdır. Bu, yaşlı turistləri şoka salır. Onlar bu qədər pul xərcləməyə hazır deyil, bu, çox bahadır. Bu məbləğə Gürcüstanda dincəlmək daha yaxşıdır", - o, söhbətinə davam etdi.
Proqram və səfərlərin təşkili ayrıca mövzudur. Bakını bir neçə günün içində gəzmək olar. Gələnlər üçün müasir binalar maraqlı deyil. Tarixi yerlər İçərişəhərlə yekunlaşır. Bəs sonra? Bakı əyləncə baxımından darıxdırıcı yerdir. Hara getmək olar? Zooparka? Ancaq gedəcək yerlərin siyahısına daxil deyil. Atəşgah kompleksinə özümüz taksi ilə 60 dollara gedirik. Bəlkə okeanarium, sualtı dəniz gəzintisi? Axı onlar da yoxdur. Qalır dənizkənarı bulvar.
"Hesab edirəm ki, siz diqqəti Bakıya cəmləşdirməlisiniz ki, onu vaxt keçirmək baxımından daha da maraqlı edəsiniz. Tbilisiyə gedin. Orada gecə həyatı qaynayır: gecə klublarında tanınmış diceylər, dünya səviyyəli artistlər ifa edirlər, unikal atmosfer var. Bakıda belə şeyləri görmədim", - Hans dedi.
Elə bu vaxt reysə qeydiyyatın başlandığı elan edildi. Dostlarım sərhəd nəzarətindən keçdilər. Mənim "yenə gəlin" sözlərimin cavabında "yaxsışı budur, sən bizə gəl" dedilər.
Azərbaycan turizmində vəziyyət ürəkaçan deyil. Turistlərin aldadılması, Şamaxı rayonunda istirahət bazalarında xidmətin səviyyəsi, Xızının kələ-kötür yolları, Ağsu restoranında verilən yeməyin keyfiyyəti haqda çoxsaylı faktlar bundan xəbər verir.
Bakı-Siyəzən yolunun 95 kilometrliyində yerləşən, əcnəbilərin də səfər etdiyi Beşbarmaq ziyarətgahında antisanitariya hökm sürür.
Görünür, bu sahədəki çatışmazlıqlardan ölkə hakimiyyəti də məlumatlıdır.Mədəniyyət və Turizm Nazirliyinin hibrid fəaliyyətinə son qoymaq qərara alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu nazirliyin bazasında Dövlət Turizm Agentliyi yaradılacaq.
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
14 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
-
38 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 41 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb























