“Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırıq” – YENİ NAZİRDƏN KÖMƏK İSTƏYİRLƏR
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Azərbaycanın yeni kənd təsərrüfatı naziri İnam Kərimovu həlli çətin məsələlər gözləyir. Bu məsələlərdən biri südün maya dəyərinin yüksək, satış qiymətinin isə aşağı olmasıdır.
Fermerlər çiy südün satış qiymətinin aşağı olmasından şikayətlənirlər. “Marja”nın məlumatına görə, bu gün Bakıda keçirilmiş fermerlərin və süd emalçılarının birgə konfransında istehsalçılar ağır vəziyyətdə olduqlarını bildiriblər.
“Ölkəyə xaricdən quru süd gətiriləndə yerli təbii südün alış qiyməti aşağı olmalıdır...Bu məsələ Kənd Təsərüfatı Nazirliyinin qarşısında qaldırılmalıdır”- adını açıqlamayan fermerlərdən biri dedi.
“NAZİRLƏ GÖRÜŞƏ BİLMƏSƏM, SÜDÜ YERƏ TÖKƏCƏM”
Özünü süd istehsalçısı kimi təqdim edən və kiçik fermerlərin adından danışan Elşən Quliyev bildirdi ki, südün qiymətinin aşağı düşməsi araşdırılmalıdır:
“Monitorinq aparmaq lazımdır. Müəyyən edilməlidir ki, həqiqətən südün alış qiymətinin aşağı olmasının səbəbi quru süddür, yoxsa digər amillər...İki ildir fəaliyyət göstərirəm, heç kimin xəbəri yoxdur ki, mən nə ilə məşğulam. Bir uçot, reyestr yaradılmalıdır. Mən gündəlik 1 ton civarında süd istehsal edirəm. Litrini 40-45 qəpikdən satıram. Bu nə deməkdir? Bu gedişlə mövcud vəziyyətə davam gətirə bilməyəcəyik. Kənd Təsərrüfatı Nazirliyi hara baxır? Nə iş görürlər?
Yem bazası. Yoncanı 5 manata, qarğadalını 35-43 qəpiyə alırıq. Yemin nə üçün bahalaşdığı araşdırılmalıdır. Ötən illə müqayisədə yoncanın qiyməti 2 dəfə artıb. Kəpək niyə bahalaşmalıdır? Mən südü 45 qəpiyə satıb pul qazana bilmirəm. Südün 1 litrindən 20 qəpik və ya ümumi dövriyyədən 20% gəlir istəyirəm. 10-a yaxın işçi işlədirəm. Nə edim? Fermanı bağlayıb onları işdən çıxardım? Başqa yerdən qazanıb fermaya xərcləyirik. Bu çox davam edə bilməz.
Ötən həftə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinə zəng vurub vəziyyət haqqında məlumat verdim. Bildirdim ki, 1 ay ərzində nazir ilə görüşə bilməsəm, çənin ağzını açıb südü yerə tökəcəm. Həmçinin videosunu çəkip “YouTube” portalına yerləşdirəcəm. Pezidentimiz şərait yaradıb - vergilərdən azad olmuşuq, texnikaları güzəştli alırıq. Amma hələ də görüləsi işlər var”.
"ƏMƏKHAQQINI HEYVANLARI SATARAQ ÖDƏYİRİK"
“Şahdağ” Fermer təsərüfatının nümayəndəsi Yusif Cəlilov bildirdi ki, təsərüfatlarında 1500 baş heyvan mövcuddur:
“2017-2018-ci ildə süd satışı ilə əlaqədar üzləşdiyimiz problemi mən heç vaxt görməmişəm. Çox ciddi problemdir. Gündəlik istehsalımız 10 tondur. Bunun 8-9 tonunu satışa çıxardırıq. Biz bu südü sata bilmirik. Emalçılara yalvarırıq. Satdığımız halda da pulunu ala bilmirik. 150 əməkdaşımız var. Onların əməkhaqlarını heyvanları satıb ödəyirik. Belə getsə 1 il davam gətirə bilməyəcəyik. Biz nəticə istəyirik. Tezliklə əməli addımlar atılmalıdır”.
"QİYMƏTİN QALDIRILMASININ TƏRƏFDARI DEYİLİK"
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin (ASEB) sədri Samir Eyyubov “Marja”ya bildirdi ki, qeyd edilən problem onlara məlumdur:
“Hazırda 1 litr südün maya dəyəri 62 qəpikdir. Südün alış qiyməti isə 40-45 qəpikdir. İstehsalçıların hər litr süddə 20-25 qəpik ziyanı var. Biz südün alış qiymətinin qaldırılmasının tərəfdarı deyilik. Südün alış qiyməti qaldırılan zaman, süd məhsulları bahalaşır. Belə olan halda da xarici istehsalçılar ucuz məhsulları ilə bazardan pay almağa cəhd edirlər. Biz südün maya dəyərinin aşağı salınmasının tərəfdarıyıq. Təklif edirik ki, dövlət fermerlərə kooperativlər yaratmaqda dəstək versin. Kooperativlər fermerlərin daha aşağı qiymətlə yem bazası formalaşdırmalarına gətirib çıxardacaqdır. Həmçinin 1 litr südə dövlət tərəfindən müəyyən məbləğdə subsidiyanın ödənilməsini təklf etmişik. Süd istehsalçısı həm subsidiya aldığından, həm də yem xərclərində qənaət etdiyindən süd satışından xalis gəlir götürə biləcəkdir ”.
Samir Eyyubov əlavə etdi ki, məhsuldarlığın artırılması da həllini gözləyən məsələlərdəndir: “Xaricdən baha qiymətlərə alınmış heyvanlardan Azərbaycanda gündəlik 20-25 litr süd alınır. Halbuki, həmin heyvvanlar gündəlik 40-45 litr süd vermək qabiliyyətinə malikdirlər. Əgər məhsuldarlığın artımına nail olsaq maya dəyəri bir qədər də aşağı düşəcəkdir”.
Birliyin sədri qeyd etdi ki, Azərbaycanda fermerlərdən südün alış qiymətinin aşağı olmasının səbəblərindən biri də əhalinin küçədə ucuz satılan süd və süd məhsullarına üstünlük verməsidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
8 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
8 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq













.jpg)











