Azərbaycana gələn hər turist məcburi 1 gün üçün 1 avro ödəyə bilər
“Azərbaycanda səfər sığortasının tətbiqi çox aşağıdır. Biz çalışırıq ki, səfər sığortasından faydalananlar artsın”.
Bunu “Marja”ya Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
Asossiasiyanın hesablamalarına görə, Azərbaycanda səfər sığortası bazarının potensial həcmi 70-80 milyon manatdır. Hazırda isə illik yığımlar 4 milyon manat civarındadır:
“Səfər sığortasında ölkədən xaricə səfər edənlər və ölkəyə gələnlər üçün olmaqla əsasən iki istiqamət var. Ölkədən xaricə səfər edənlərin məcburi qaydada sığorta edilməsi təcrübəsi heç bir ölkədə yoxdur. Biz də bunun icbariləşməsini təklif etmirik. Çalışırıq ki, müxtəlif mexanizmlər taparaq xaricə səfər edənlərin sığortalanmasını təşviq edək.
Ölkəyə gələn turistlərin isə icbari sığortalanmasını təklif edirik. Düşünürük ki, ölkəyə gələn turistlərin icbari qaydada sığortalanması prestij məsələsidir. Xarici turistə mesaj verə bilərik ki, biz sizə nəyinki yüksək istirahət, eyni zamanda təminat da veririk. İstəyirik ki, səfər sığortası ilə, xarici turistin Azərbaycanda qaldığı müddətdə bütün tibbi xərcləri, ən əsası da turist Azərbaycanda vəfat etdiyi halda cənazəsinin ölkəsinə göndərilməsi xərcləri təmin olunsun. Bu gün Azərbaycanda turizm inkişaf edir və ölkəmizə səfər edənlərin sayı artır. Ölkəyə gələn turistlərin məcburi sığortalanmasının turizmə necə müsbət və ya mənfi təsir edəcəyi də araşdırılmalıdır”.
Mustafa Abbasbəyli qeyd etdi ki, ölkəyə gələn turistlərin ödəyəcəyi icbari sığorta haqqı cüzi olacaqdır:
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Çox kiçik məbləğdən - 1 günü 1 avro sığorta haqından söhbət gedir. Azərbaycana 7 günlük səfər edən turistin cəmi 7 avro sığorta haqqı ödəməsi təklif olunur”.
Xəbər verdiyimiz kimi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib. Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüş zamanı AZTA tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.
Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
3 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
4 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
4 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
6 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
7 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























