970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2 şirkət sığorta bazarının 59%-nə nəzarət edir

AzVak-mobil_resmin_ustu_31
2 şirkət sığorta bazarının 59%-nə nəzarət edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış 350,821 milyon manat sığorta haqqının 206,908 milyon manatı və yaxud 59%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabatına görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 128,907 milyon manat (36,75%) və 78,001 milyon manat (22,25%) sığorta haqqı toplayıblar.

 

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 33,474 milyon manatlıq (9,55%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 22,562 milyon manatlıq (6,4%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 14,038 milyon manatlıq (4%) göstərici ilə "Meqa Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 276,982 milyon manat təşkil edib ki, bu da bazarın 79%-i deməkdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

​21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (103 min manat), "Naxçıvan Sığorta" (110 min manat), "Bakı Sığorta" (421 min manat), "Rəvan Sığorta" (536 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,17 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,3%-i deməkdir.

 

Qalan 12 sığorta şirkətinin yığımları isə 2-13 milyon manat arasında dəyişir və onların bazar payı 72,669 milyon manat və yaxud 20,7%-dir. 

 

Ödənişlərin 45%-ni "PAŞA Holdinq" həyata keçirir

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 97,45 milyon manatlıq sığorta ödənişlərinin 45,1%-i və yaxud 43,974 milyon manatı "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin payına düşüb.

 

"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 22,475 milyon manat (23%) və 21,499 milyon manat (22,1%) ödəniş ediblər. 

 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 8,846 milyon manatlıq (9,1%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 8,682 milyon manatlıq (8,9%) göstərici ilə "Qala Həyat Sığorta" ASC, 5-ci yerdə isə 7,872 milyon manatlıq (8,1%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 69,374 milyon manat təşkil edib ki, bu da bazarın 71,2%-i deməkdir.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (22 min manat), "Bakı Sığorta (125 min manat) və "Rəvan Sığorta" (139 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 289 min manat təşkil edib ki, bu da cəmi 0,3%-lik pay deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ödənişləri 27,787 milyon manat və yaxud bütün ödənişlərin 28,5%-i qədərdir. 

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

© "Renkinq"

20.06.2018 06:08
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19