Azərbaycanın ixracı idxalını 3,5 milyard dollar üstələyib
2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 11 milyard 225 milyon 878 min ABŞ dolları təşkil edib.
"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 3 milyard 855 milyon 338 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 7 milyard 370 milyon 539 min ABŞ dolları ticarət qeyd alınıb. Saldo müsbət 3 milyard 515 milyon 201 min dollar təşkil edib.
Mayda Azərbaycanın ixracı 1 milyard 718 milyon 89 min dollar, idxalı 829 milyon 213 min dollar, saldo isə müsbət 888 milyon 875 min dollar olub.
İLLİK MÜQAYİSƏDƏ İDXAL VƏ İXRAC ARTIB
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 266 milyon 952 min ABŞ dolları, o cümlədən idxal 2 milyard 816 milyon 867 min dollar, ixrac 4 milyard 450 milyon 84 min dollar, saldo isə 1 milyard 633 milyon 217 min dollar təşkil etmişdi. Azərbaycanın bu ilin 5 ayındakı ixracı ötən ilin eyni dövründəki cəmi xarici ticarət dövriyyəsini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























