Bankın kargüzarlıq şöbəsinə işçi tələb olunur
AFB Bank Hüquq departamentinin kargüzarlıq şöbəsinin kargüzarı vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Kargüzar
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali hüquqi təhsil;
-Müvafiq sahədə 1 il iş təcrübəsi;
-Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;
-Yüksək səviyyədə Azərbaycan dili biliyi;
-Güclü MS Office – Excel bilikləri;
-Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
-İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır;
-İş nomenklaturunun tərtib edilməsində iştirak edir;
-Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
-Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə işləri həyata keçirir;
-Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
-Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;
-Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kargüzarlıq şöbəsinin kargüzarı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
27 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























