Bazarı olduğundan daha çox əkilib - 6 MİN TON YIĞILACAQ
Samux rayonundakı təsərrüfatlardan 78,8 ton dən üçün günəbaxan yığılıb. Samuxda əkin sahəsi ildən-ilə genişləndirilən günəbaxanın rayon üzrə builki məhsuldarlığı hər hektara görə 21,3 sentner olub.
Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov bildirib ki, satış bazarı olduğundan 2018-ci ilin məhsulu üçün 2 min 865,5 hektar sahədə günəbaxan əkilib.
Əkin sahələrinin 173,5 hektarı kənd təsərrüfatı müəssisələrinin, 2 min 692 hektarı isə əhali təsərrüfatlarının payına düşüb.
Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən geniş istifadə edilib. 2017-ci ildən Şəmkir Maşın Su Kanalının işə düşməsi də məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artmasına səbəb olub.
Gündüz Bayramov sahələrdən 6 min tondan çox məhsulun toplanmasının proqnozlaşdırıldığını deyib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























