Ən böyük "OFİSAİT" mağazası açıldı - ÜNVAN
“Ofisait” alış-verişinizi yaxına gətirir!
Ofis və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan "Ofisait" mağazalar şəbəkəsi yeni tədris ilinin başlanğıcı ərəfəsində ən böyük filialını əsaslı təmirdən sonra istifadəyə verdi.
"Marja" xəbər verir ki, yeni konseptdə mağazanın açılışında ziyalılar və bir sıra incəsənət xadimləri də iştirak edirdilər.
Açılış mərasimində "İnci" şirkətinin direktoru İsa Abbasov bildirdi ki, artıq 30-dan artıq "Ofisait" mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsi qısa müddətdə əhalinin və iş adamlarının sevimli alış-veriş ünvanlarından birinə çevrilmişdir:
"Bu ünvanda uzun illərdir mağazamız fəaliyyət göstərirdi. Məlum xoşagəlməz bir hadisədən sonra mağazamız böyük ziyan görmüşdü. Qarşımıza məqsəd qoyaraq mağazanı qısa müddətdə təmir etdirdik. Bu mağaza ən böyük "Ofisait" mağazasıdır".
İsa Abbasov əlavə etdi ki, ofis və dəftərxana ləvazimatları bazarında "Ofisait" münasib qiymətləri, ən geniş çeşidi və məhsullarının keyfiyyətinə görə fərqlənir.
Çıxışladan sonra tort və açılış lenti kəsildi.
Açılışla əlaqədar yeni filialda məhsullar kampaniya ilə satılacaq.
Yeni tədris ilində övladlarınıza ehtiyac olan məktəb ləvazimatları həmçinin ofis ləvazimatları, kitablar və elektrik mallarını mağazadan əldə edə bilərsiniz.
Qeyd edək ki, mağazada “Oyal Plus” “Assis “Quicks” “Özokul” “Zyklen” və s. brendlərin məhsulları geniş çeşiddə təqdim olunur.
Ünvan: Bakı şəh. D. Əliyeva küç. 235a (Metro 28 May, Səməd Vurğun parkının yaxınlığı)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























