Yol vergisini kim və necə ödəməlidir?
Öz minik avtomobili ilə hər hansı xarici ölkədən Azərbaycana qonaq gələn, yaxud respublikamızın ərazisindən keçərək digər ölkələrə gedən şəxs Azərbaycan sərhədləri daxilində yollardan istifadə etdiyi üçün yol vergisi ödəməlidir.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, bu vergi yük avtomobillərinə də aiddir. Yol vergisi üzrə vergitutma obyektinə maye qaz, avtomobil benzini və dizel yanacağı da daxildir. Yəni Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəmizə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi tətbiq olunur.
Yol vergisinin hesablanması qaydası
Ölkə ərazisinə daxil olan xarici avtomobillər üzrə vergi dərəcələri avtonəqliyyat vasitəsinin növündən, oturacaqlarının sayından, yükgötürmə qabiliyyətindən, yüklə birlikdə ümumi çəkisindən, yola saldığı ağırlıqdan, Azərbaycanın sərhədləri daxilində keçdiyi məsafədən, təhlükəli yüklərin daşınmasından asılıdır. Ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunan xarici dövlətlərin minik avtomobilləri və avtobuslar üçün fərqli vergi dərəcələri tətbiq edilir.
Minik avtomobilləri üçün vergi dərəcələri mühərrikin həcmindən və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılıdır. Avtobuslar üçün vergi dərəcələri oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.
Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən çox ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün respublika ərazisini tərk edən zaman ölkədə artıq qaldığı müddətdən asılı olaraq, ödənilməli yol vergisinin yekun məbləği hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda, daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilir.
Xaricdən ölkə ərazisinə daxil olan yük avtomobillərindən tutulan yol vergisinin məbləği fərqli qaydada hesablanır. Vergi dərəcələri yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.
Ağır çəkili xarici avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə isə verginin məbləği yük avtomobillərinin tonnajı və Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri ilə müəyyən olunur.
Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
37 tondan 41 tonadək olduqda - 0,15 dollar,
41 tondan 51 tonadək olduqda - 0,30 dollar,
51 tondan 61 tonadək olduqda - 0,45 dollar,
61 tondan 71 tonadək olduqda - 0,60 dollar,
71 tondan 81 tonadək olduqda - 0,75 dollar,
81 tondan çox olduqda - 1,8 dollar məbləğində vergi ödənilməlidir.
Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği bu şəkildə artırılır
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək topdan satılan və ölkəmizə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat yol vergisi hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilir.
Vergiödəyiciləri tədiyəçisi olduqları yol vergisi bəyannaməsini hər il iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidir.
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkəmizi tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
16 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
18 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
18 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
18 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)










