SOCAR-ın işçilərinin az hissəsi gənclərdir
SOCAR-ın işçilərinin 9,2 faizi gənclərdir.
Bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.
“SOCAR üzrə müəssisə və təşkilatlar daxil olmaqla bu ilin əvvəlinə işçilərin faktiki sayı 50 min 424 nəfər təşkil edir. Ötən il ərzində SOCAR-a 3 min 114 nəfər işə qəbul edilib ki, onlardan 1386 nəfəri şirkətdaxili yerdəyişmə əsasında, 1728 nəfəri isə kənardan işə qəbul olunan işçilərdir. Kənardan işə qəbul olunan 1728 nəfərdən 511 nəfər müvəqqəti işçilər (mövsümi, tikinti, çöl işləri ilə əlaqədar və sair), 8 nəfər hərbi xidmətdən qayıdanlar, 188 nəfər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin mərkəzlərinin məzunları, 26 nəfər SOCAR-ın Təqaüd Proqramının məzunları, 995 nəfər (528 nəfər kənardan işə qəbul edilən və 467 nəfər şirkətin müəssisə və təşkilatlarında çalışanlardır) İnsan Resursları Departamenti (İRD) tərəfindən müsabiqə nəticəsində işə qəbul olunub”, - deyə hesabatda bildirilir.
Hesabata görə, bu ilin əvvəlinə SOCAR-da 29 yaşa qədər gənclərin sayı 4 min 839 nəfər olmaqla işçilərin ümumi sayının 9,2 faizini təşkil edib. Onların 2,7 faizi rəhbər işçi və mütəxəssis, 22 faizi ali təhsilli, 11 faizi qadındır. Daha çox gənclər Karbamid zavodunda (34 faiz), Bakı Ali Neft Məktəbində (28 faiz), Sərmayələr İdarəsində (31 faiz) və SOCAR-ın baş ofisində (21,9 faiz) işləyir. Eyni zamanda, şirkətdə təqaüdçülərin sayı 4 min 575 nəfər olub, bu da ümumi işçilərin sayının 9,6 faizini təşkil edib. Onlardan 3 min 625 nəfəri güzəştli şərtlərlə, 180 nəfəri yaşa görə və 770 nəfər əlilliyə görə təqaüdə çıxanlardır. SOCAR üzrə ali təhsilli işçilərin sayı 16 min 739 nəfər olub və ümumi işçilərinin 33,19 faizini təşkil edib. Şirkət üzrə işçilərin orta yaş həddi 41 yaş təşkil edir. SOCAR üzrə işləyən işçilərin neft sənayesində iş stajı belədir: 5 ilə qədər 4 min 937 nəfər; 5-10 il arası 11 min 638 nəfər; 11-20 il arası 17 min 893 nəfər; 20 ildən yuxarı 15 min 956 nəfərdir. Şirkət üzrə 8 min 421 nəfər qadın işləyir ki, bu da ümumi işçilərin sayının 16,7 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 28 d. əvvəl
-
37 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
40 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















