Beynəlxalq Bankın 100 VISA kart sahibi lotereyada qalib oldu
(®) Azərbaycan Beynəlxalq Bankının VISA kart sahibləri üçün elan etdiyi stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu 25 sentyabr 2018-ci il tarixində saat 17.00-da bankın korporativ Facebook səhifəsində canlı yayımda oynanılıb. Qaliblərin seçimi 01 avqust – 15 sentyabr tarixlərini əhatə etmiş kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.
Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçirilib. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 50 iştirakçı 100 manat, 30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat, 2 iştirakçı “iPhone 8”, daha 2 iştirakçı “iPhone X” smartfonları udub. BİRİNCİ YERİN QALİBİ isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanıb.
Uduş fondunun canlı yayımının videoyazısını Facebook üzərindən izləyin
Qaliblər hədiyyələrini almaq üçün 90 gün müddətində Azərbaycan Beynəlxalq Bankının Baş ofisinə (Bakı şəhəri, Nizami küçəsi -67) müraciət edə bilərlər. Lotereyanın nəticələri ilə buradan tanış olmaq olar. Nəticələr “Xalq qəzeti”ndə də dərc ediləcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























