"Gəlin qeydiyyatdan keçin, cəriməsi var" - VİDEOÇARX
AQTA sahibkarların maarifləndirilməsi üçün videoçarx hazırlayıb - VIDEO
Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini həyata keçirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı maarifləndirilməsi çərçivəsində yeni videoçarx hazırlanıb.
“Əsas məqsədimiz qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmələri və öz fəaliyyətlərini daha səmərəli və innovativ şəkildə həyata keçirmələri ilə bağlı onları maarifləndirmək, qeydiyyat prosesi haqqında dolğun məlumatlar çatdırmaqdır”.
Videoçarxda həm Agentliliyin, həm də qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin nümayəndələri qeydiyyat proseduru ilə bağlı geniş məlumatlar verir, qida təhlükəsizliyi qeydiyyatının üstünlükləri, sahibkarlar üçün yaradacağı yeni imkanlar diqqətə çatdırılır. Qeyd edək ki, Agentlik tərəfindən bir neçə gün əvvəl qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı iş adamlarına müraciət edilmiş və onlara müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçmələri ilə bağlı xəbərdarlıq olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























