“İqtisadi İslahatlar İcmalı”nın növbəti sayı yayımlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən mütəmadi olaraq hazırlanan “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın növbəti - Fiskal islahatlara dair Xüsusi buraxılışı işıq üzü görüb.
Bu buraxılışda dövlət vəsaitinin idarə edilməsinin optimallaşdırılması, büdcənin daxilolmaları və xərclərinin doğru şəkildə tənzimlənməsi, dövlət borcunun düzgün idarə edilməsi məqsədi ilə həyata keçirilmiş mühüm islahat tədbirləri şərh edilib.
“Büdcə sistemi haqqında” qanununda edilən dəyişikliklər, bu dəyişikliklər nəticəsində qəbul edilən büdcə qaydasının tətbiqinin iqtisadiyyata göstərəcəyi müsbət təsirlər izahlı şəkildə əks olunub. Dövlət büdcəsinin çərçivəsini formalaşdıran, büdcənin hesablanmış gəlir və daxilolmaları, büdcə təşkilatlarının cari və əsaslı xərclərinə dair sifarişləri və dövlətin əsas hədəflərinə uyğun olaraq prioritetləşdirilmiş xərcləri nəzərə alınaraq hazırlanan ortamüddətli xərclər çərçivəsinin əhəmiyyəti barədə də geniş məlumatlar verilib.
Büdcənin kompleks şəkildə idarəedilməsi həlqəsinin sonuncu bəndi olan “Dövlət borcunun idarə edilməsinə dair Strategiya”nın mahiyyəti və hədəfləri, həmçinin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumatlar da oxucuların diqqətinə təqdim edilib.
Hüquqi və elmi terminlərlə zəngin məlumatların sadə və aydın dildə təqdim olunduğu bu buraxılışda fiskal islahatların ümumi nəticəsi və bununla əlaqəli proqnozlaşdırılan fiskal dayanıqlılığın qrafiklərlə və infoqrafiklarla izahlı təsviri xüsusi maraq cəlb edən məqamlardandır.
Qeyd etmək istərdik ki, ölkədə aparılan iqtisadi islahatların mahiyyətini, onların iqtisadi-sosial müsbət təsirlərini şərh edən “Azərbaycan İqtisadi İslahatlar İcmalı” 3 dildə- Azərbaycan, rus və ingilis dillərində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin web səhifələrində yerləşdirilir, abunə olan oxuculara isə fərdi olaraq göndərilir.
İcmal ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
2 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
2 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
2 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
4 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
5 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
5 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















