NIKOIL | Bank-ın Visa Platinum kartı ilə rahatlıq açarınız
(©) Məzuniyyətə və ya işgüzar səfərə hazırlaşırsınız və səyahət zamanı təlaşdan uzaq qalmaq istəyirsiniz? Bunu dünyanın istənilən nöqtəsində hava limanının VIP zalında edə bilərsiniz. Burada sizi nəfis təamlar və içkilər, pulsuz WIFI, spa prosedurları, danışıqlar üçün rahat konfrans zalları və xoş təəssüratlar bəxş edəcək bir çox digər xidmətlər gözləyir. NIKOIL | Bank-ın Visa Platinum kartı ilə arzu və imkanlarınızı asanlıqla bir araya gətirə bilərsiniz.
NIKOIL | Bank-ın Visa Platinum kartının sahibləri hava limanlarının 850-dən çox VIP istirahət zalına giriş hüququ əldə etməklə, aviaşirkət və ya biletin sinfindən asılı olmayaraq proqramda iştirak edən zalların bütün imtiyazlarından faydalana bilər.
NIKOIL | Bank-ın Visa Platinum kartı ilə VIP zalına ziyarətin qiyməti 27 ABŞ dollar təşkil edir. Hər dəvət olunana görə kart vasitəsilə eyni məbləği ödəməklə bu zamanı dost və tanışlarınızın əhatəsində keçirə bilərsiniz.
Premium sinif Visa Platinum kartını rəsmiləşdirin və Lounge Key proqramına avtomatik şəkildə qoşulun. Ərizəni onlayn bankın rəsmi saytı vasitəsilə tərtib edə, həmçinin bankın istənilən filialına şəxsiyyət vəsiqənizlə yaxınlaşa bilərsiniz.
Qeyd edək ki, VIP zalların sürətli axtarışı üçün Lounge Key xüsusi tətbiqi App Store və Google Play-də mövcuddur.
Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Bankın sosial şəbəkələrdə rəsmi səhifəsinin ünvanı:
https://www.facebook.com/nikoilbank
https://www.instagram.com/nikoilbank/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























