Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.
Bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.
“Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərzisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- layihədə qeyd olunub.
Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çevin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.
Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
17 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



