Türkiyə Kənd təsərrüfatı Sığortaları Hovuzu 2018-ci ilin nəticələrini açıqlayıb
Türkiyə Kənd təsərrüfatı Sığortaları Hovuzu (TARSİM) tərəfindən 2018-ci ildə istehsalçılara 1,1 milyard lirə sığorta ödənişi edilib.
"Marja" xəbər verir ki, TARSİM-dən verilən açıqlamaya görə, sistem çərçivəsində ötən il bütün kənd təsərrüfatı sığortası sahələrində 1,7 milyondan çox sığorta poilisi tərtib olunub və 2,5 milyon hektar (25 milyon dekar) sahə sığortalanıb. Sığortalanan kiçik baş və iribuynuzlu heyvan sayındakı artım əvvəlki illərdə olduğu kimi bu il də davam edərək 42% artımla 3,6 milyona çatıb.
Sığortalanan kənd təsərrüfatı əmlakının dəyəri 40 faiz artımla 42,3 milyard lirə olub. Bütün sahələrdən 2 milyard lirə sığorta haqqı toplanıb.
Ötən il 360 minə yaxın ziyan bildirişi alınıb. Bildirişlərdə dolu, don, fırtına, sel basqını, ölüm, müxtəlif xəstəliklər kimi səbəblər göstərilib. İstehsalçılara dəymiş ziyanlara görə 1,1 milyard lirə sığorta ödənişi verilib.
Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatı sığortasının tətbiqində TARSİM təcrübəsindən bəhrələnməyi qarşıya məqsəd qoyub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
7 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
10 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























