Azərbaycanda kredit müqavilələri dəyişəcək
Azərbaycanın bank sektorunda maraqlı yenilik gözlənilir. Yaxın vaxtlardan etibarən banklar müştərilərə kredit verdikdə bütün banklar üçün eyni olan standart müqavilələr bağlayacaqlar. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə başlayan bu yeniliyi Palata da dəstəkləyib.
Standart kredit müqavilələri ilə bağlı yeniliyin detallarını Banklar Assosiasiyasının (ABA) hüquqşünası Qorxmaz Ağayev açıqlayıb.
Standart kredit müqaviləsi nə üçün lazım oldu?
ABA-ın hüquqşünası bildirib ki, dünya təcrübəsinə görə, bu və ya digər sektorda fəaliyyət göstərən şirkətlər müştəri məmuniyyətini təmin etmək və öz fəaliyyətlərini kordinasiya etmək üçün vahid qaydalardan çıxış edirlər. Həmin standart müqavilələr də həmin prosedurların tərkib hissəsi olur və bütün təşkilatlar öhdəliklər götürür ki, öz müştəriləri ilə kontrkatları bu qaydada bağlayacaqlar: “Bu 1-ci səbəbdir, yəni təkminləşdirməkdən ötrü. Başqa sözlə, belə müqavilələrin olması banklara etimadı artırmaq məqsədi daşıyır. Hazırda vahid müqavilə forması olmadığına görə və hər bank özü ayrıca müqavilə hazırlayır və bu da narazılıq yaradır”.
İstəsəniz hərfləri böyüdüb oxuyun
2-ci səbəb isə xüsusilə istehlakçılar arasında bəzən yaranan narazılqlardır. Müştərilər müqavilənin hərflərinin kiçik olmasından şikayətlənirlər, çünki belə müqaviləni noral oxuyub başa düşmək mümkün olmur, nəticədə onlar müqaviləni oxumadan imzalayırlar ki, onun da mənfi nəticələri olur.
İndi isə standart müqavilə bankların internet saytlarında yerləşdiriləcək. İnternetdə olan istənilən sənəd kimi, bu müqavilənin şriftini də böyütmək mümkün olacaq: “Yəni kredit götürmək isteyirsizsə, şərtləri oxuyub, növbə rejimi və psixoloji təsiri altında hərəkət etmədən öncədən hansı öhdəliklərinizin olduğunu bilirsiniz”.
Kredit müqaviləsindəki “ikibaşlı” cümlələr
Ən maraqlı məsələlərdən biri kredit müqaviləsində yer alan mürəkkəb, necə deyərlər “ikibaşlı” cümlədərdir. Bəzən bankların hüquqşünasları hansısa səbəblərdən müqaviləyə elə mürəkkəb və çoxmənalı şərtlər əlavə edirlər ki, həmin cümlələrin əsl mənasını məhkəmələr də müəyyəən edə bilmir: “Bəzən məhkəmələr tərəfindən bankların eyni məsələni tənzimləyən ayrı-ayrı ifadə edilmiş cümlələri fikir ayrılığına səbəb olurdu”. Bütün bu problemleri aradan qaldırmaq üçün xüsusən istehlak kreditləri sahəsində belə bir müqavilənin hazırlanması zərurəti meydana gəlib.
Banklar cərimə məsələsində güzəştə gedəcəklər
Standart müqavilənin tətbiqi ilə bağlı gözlənini digər yenilik banklar tərəfindən standart cərimələrin də tətbiqi olacaq. Söhbət kreditin gecikdirilməsinə görə bank tərəfindən müştəriyə tətbiq edilən cərimələrdən gedir. Q.Ağayev deyir ki, banklar öz zərərlərinə də olsa da, azaltmaq barədə razılığa gəliblər və bütün banklarda eyni cərimələr olacaq: “o məna da ki, cərimənin maksimal məbləğini müəyyənləşdiriblər”.
Gələcəkdə bütün kreditlər standart müqavilə ilə olacaq
Q.Ağayev deyir ki, gələcəkdə bütün müqavilələr standart olacaq: “Bu ümumiyyətlə böyük bir layihədir və onu bütün istiqamətlər üzrə tətbiq etmək istəyirik». Söhbət təkcə kreit müqavilələrindən deyil, bank hesablarının açılması, əmanətlərin yerləşdirilməsi və sairdən gedir: «İlkin mərhələdə istehlakçılarla olan məsələ daha aktualdır deyə, bu yeniliyi ilk növbədə istehlak kreitlərindən başladıq”.
Yenilik bütün banklar üçün məcburi olacaq
Standart kredit müqaviləsi ABA-ya üzv olan banklar üçün məcburi qüvvəsi olacaq. Düzdür, bankların bu qaydalara riayət etmədiyi şəkildə, bunu cərimələmək kimi riski olmayacaq. Ancaq Q.Ağayev bildirib ki, heç bir bank öz imicini qorumaq üçün bu qaydalardan kənara çıxmaz. Bunu həm uzunmüddətli əməkdaşlıq təcrübəsi, həm də Assosiasiyasının üzvlərinə rəyasət heyəti tərəfindən verilmiş qərarların icrası göstərir. Üstəlik, standrat kredit müqaviləsinin forması Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə də razılaşdırılacaq: “Bu həm də bankların özlərinin razılıq verdiyi bir sənəddir”..
Standart kredit müqaviləsi nə vaxt tətbiq olunacaq?
Q.Ağayev bildirir ki, standart kredit müqavilələrinin tətbiqi ilə bağlı dəqiq vaxt demək çətin olsa da, bu proses 3-6 aya yekunlaşacaq: “ən geci sentyabrda olacaq”. Hal-hazırda sənəd Palatada müzakirə edilir: “Ümumiyyətlə, Palata özü bu kontrakt hazırlanan dövrdə işçı qrupunun üzvü idi. Palata özü bütün proseslərdə iştirak edirdi və iclaslar Palatada keçirilirdi. Bu proses demək olar ki,MBNP-ın rəhbərliyi altında həyat keçirilmiş prosesdir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
8 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
14 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 17 d. əvvəl
-
55 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı

























