Mülki məsuliyyətin sığortası, yoxsa avtomobilin sığortası!?...
Hazırda sığorda bazarında ən çox satılan məhsul avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığorta (AVSMMİS) növüdür ki, icbari qaydada sığortalanan mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisələri zamanı zərəçəkən şəxslərə dəymiş zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq olunur.
Sığorta növünün adından da göründüyü kimi bu sığorta növü avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasıdır, avtomobilin sığortası deyil. “İcbari sığortalar haqqında” Qanununda AVSMMİS ilə bağlı olan maddələrə və bu növün sığorta haqqının hesablanması üçün istifadə olunan qayda, prinsipə nəzər salsaq mülki məsuliyyətin sığortası anlayışı ilə müəyyən uyğunsuzluqların olması ilə rastlaşırıq. Məsələn, “İcbari sığortalar haqqında” Qanununun 51.3-cü maddəsində AVSMMİS üzrə bağlanmış sığorta müqailəsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam etmək hüququ olduğu göstərilir. Belə ki, sığortalı ona aid sığorta müqaviləsində göstərdiyi nəqliyyat vasitəsini satdığı zaman müqaviləyə xitam verə bilər, lakin xitam vermədiyi halda belə sığortalanmış nəqliyyat vasitəsi müqavilənin təminat müddəti ərzində etibarlı hesab olunur. Bu isə sığorta müqaviləsinin sığortalının mülki məsuliyyətinin sığortalanmasından çox nəqliyyat vasitəsinin sığortalanmasına anlamına gəlir. Burda digər bir nüans, sığortalı sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini özgəninkiləşdirir və sığorta müqaviləsinə xitam vermir, mülki məsuliyyətinin icbari sığorta müqaviləsni avtomobilin yeni sahibinə ötürür. Əgər avtomobilin yeni sahibi həmin müqavilənin təminat müddəti ərzində qəza törədərsə, etibarlı müqavilə olduğu üçün sığortaçı zərərçəkən şəxsə dəymiş zərəri qarşılayır.
Məlumdur ki, sığorta haqqının hesablanması zamanı sığorta haqqına Bonus-Malus əmsalları tətbiq olunur və nəticədə növbəti ildə Malus əmsalı (cərimə əmsalı) avtobilin yeni sahibinə, hadisəni törədən şəxsə deyil, sığortalıya tətbiq olunur. Bu isə sığortalıların narazılıqlarına səbəb olur, onların sığorta tarixçəsinin düzgün formalaşmaması ilə nəticələnir. Sığortalılar adətən bu barədə xəbərsiz olurlar və bu məhsulu onlara satan sığorta vasitəçiləri tərəfindən məlumatlandırılmır. Sığorta müqaviləsinin xitamı zamanı sığortalıya istifadə olunmamış günlər üzrə geri sığorta haqqı qaytarılması yəqin ki, sığortaların maddi marağında olmalıdır və bu barədə məlumatlı olmalıdırlar.
Həmçinin AVSMMİS üzrə sığorta məbləğinin hesablanması Qaydasına baxsaq minik kateqoriyası üzrə avtomobillərin sığorta haqqının mühərrikin həcminə, yük kateqoriyası üzrə icazə verilmiş maksimum kütləsinə və avtobus kateqoriyası üzrə isə sərnişin yerlərinin sayına görə təyin edildiyini görürük. Əgər söhbət mülki məsuliyyətinin sığortasında gedirsə, sığorta haqqı hansı əsasla avtomobillərin texniki göstəriciləri əsasında təyin olunur? Mühərrikin həcmi 5000 sm3 olan avtomobili idarə edən şəxs, mühərrikin həcmi 1500 sm3 olan avtomobili idarə edən şəxslə müqaiyəsədə niyə daha çox sığorta riski daşıyır və daha çox sığorta haqqı ödəməlidir? Nəticə etibarı ilə sığorta hadisəsi zamanı AVSMMİS üzrə sığorta müqaviləsində göstərilən avtomobilə dəyən zərər deyil, qarşı tərəfə, zərəçəkən şəxsə sığorta ödənişi edilir. Hesab edirəm ki, avtomobil sahiblərinin və ya onu hüquqi əsaslarla idarə edən şəxslərin mülki məsuliyyətin sığortalanmasına bu cür yanaşma düzgün deyildir. Avtomobil sahibləri və ya onu hüquqi əsaslarla idarə edən şəxslər avtomobilin texniki göstəricilərindən asılı olmadan fərdi qaydada mülki məsluyyətlərini sığortalaya bilməlidirlər. Əgər vətəndaş avtomobil idarə edirsə o, baş verə biləcək qəzalar zamanı zərərçəkən şəxsə zərərin ödənilməsi üçün icbari qaydada öz mülki məsuliyyətini sığortalamalı və bu növ üzrə sığorta haqqının hesablanması zamanı onun texniki göstəriciləri nəzərə alınmamalıdır.
Fikrimcə, avtomobil sahiblərinin mülki məsuliyyətində sığorta haqqının hesablanmasına fərqli yanaşma tətbiq olunması daha məqsədə uyğun olardı. Məsələn, avtomobil sahibləri və ya onu hüquqi əsaslara idarə edən şəxs sürücülük vəsiqəsində göstərilən kateqoriyalar və sürücünün nəqliyyat vasitəsini idarə etmək təcrübəsindən, yəni sürücünün illər üzrə (0-5 il, 5-10 il, 10-20 il və.s) təcrübəsindən asılı olaraq sığorta haqqının qruplaşdırılması, fərqləndirilməsini təklif edərdim. Ümumilikdə sürücülük stajı daha çox olan şəxs nəqliyyat vasitəsini daha peşakar idarə edir və onların qəza törətmək riskinin, sığorta riskinin az olması nəzərə alaraq avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında sığorta haqqının hesablanması zamanı sürüclük təcrübəsi və sürücülük kateqoriyası göstəricilərinin nəzərə alınması daha məqsədə müvafiq olardı. Nəzərə alsaq ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sosial yönümlü sığorta növüdür və burda sığortalıların, vətəndaşların maraqları birmənalı olaraq müdaifə olunmaldır.
"Marja.az" portalı üçün sığorta bazarı üzrə ekspert Nizami Kərimov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
37 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm

























