İstirahət gününə olan hava proqnozu açıqlandı
Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında sabaha arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
5 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
5 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
5 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
7 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
8 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
8 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















