Bank of Baku-nun müştəriləri tezliklə ev sahibi olacaq!
Ev əldə etmək arzusunda olan şəxslər Bank of Baku-nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər. Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.
Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:
-Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
-Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
-Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
-İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.
İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.
Bank of Baku-nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























