"Bakıdakı çoxmənzilli binaların 70-80 %-də qeydiyyat problemi həll olunacaq”
“Bakıda bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə əlaqəli ölkə başçısının imzaladığı fərmanla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80%-də qeydiyyat problemi həll olunacaq”.
Bunu açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, imzalanan fərmanın bir çox üstünlükləri olacaq:
“Uzun illərdən bəri çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3000-4000 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək”.
Əmlak məsələləri üzrə ekspert qeyd edib ki, həmçinin qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq: “Bundan başqa, aparılacaq girov və digər əməliyyatlara, yəni bağışlamaq, vərəsəlik üzrə əməliyyat xərclərindən daşınmaz əmlak üzrə reyestr xidmətinə, notariat kontorlarına vəsaitlər daxil olacaq. Eyni zamanda, vətəndaşlar MTK-larla aralarındakı problemi məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı əldə edəcəklər. Bir sözlə, fərman bir sıra istiqamətlər üzrə qeydiyyat problemlərinin həllinə, mənzil fondun təkmilləşməsinə, idarə olunmasına şərait yaradacaq”.
Mənzil bazarında qiymətlərin artıb-artmayacağı məsələsinə gəlincə, R.Osmanlı əlavə edib ki, fərmanla nəzərdə tutulan işlər texnikidir: “Yəni, bu gün analoji ərazilər üzrə çıxarışı olan və olmayan mənzillər arasında 5-10 % qiymət fərqi olur. Çıxarış alındıqdan və qeydiyyat problemi həll olunandan sonra istisna etmirəm ki, analoji qiymət artımı baş versin. Lakin bu təhlükəli məsələ deyil. Hesab edirəm ki, qeydiyyat problemi həll olunandan sonra qısa müddət ərzində proses baş verəcək və sonra bazar stabilləşəcək. Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən o binalardakı qüsurlar aşkar olunacaq, bunun üçün tikinti şirkətlərinin rəhbərlərinə imkan verilir ki, 5 ay müddətində problemləri aradan qaldırıb FHN-ə rəylə bağlı müraciət etsinlər”.
Xatırladaq ki, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
3 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
3 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
3 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
















