8 sığorta şirkəti geriləyib
Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar ayı üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.
“Marja” Palataya istinadən xəbər verir ki, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında 8 sığorta şirkətinin (“A-Qroup Sığorta Şirkəti” , “Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti , “AZSIĞORTA”, “Günay Sığorta”, "PAŞA Həyat", “Qala Həyat” Sığorta Şirkəti və “Standard Insurance) hesabladığı sığorta haqları azalıb. 13 şirkət isə yığımlarını artırıb.
2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında məlumat (təcili məlumatlar əsasında) (min manatla)
№ | Sığortaçının adı | Sığorta Haqları, 2018 Yanvar | Sığorta Haqları 2019 Yanvar | Artım+/-Azalma |
1 | “Amrah Sığorta” | 4,73 | 38.1 | + |
2 | “A-Qroup Sığorta Şirkəti” | 1,068.5 | 823.4 | - |
3 | “AtaSığorta” | 1,398.9 | 1,997.3 | + |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 3,039 | 2,323.4 | - |
5 | “Atəşgah” Sığorta Şirkəti | 2,911.9 | 6,031.9 | + |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 2,820.4 | 849.7 | - |
7 | Dövlət Sığorta Kommersiya Şirkəti | 462 | 1,667.4 | + |
8 | “Azərbaycan Sənaye Sığorta” | 182 | 419.8 | + |
9 | “AZSIĞORTA” | 1,244.5 | 1,096.2 | - |
10 | “Bakı Sığorta” | 52 | 60.4 | + |
11 | “Günay Sığorta” | 428 | 203.6 | - |
12 | “İpək Yolu Sığorta” | 6,507.2 | 6,720.6 | + |
13 | “Meqa Sığorta” | 2,234.7 | 2,481.0 | + |
14 | "Naxçıvansığorta" | 9.1 | 9.8 | + |
15 | “Paşa Həyat Sığorta” | 14,475.7 | 10,875.7 | - |
16 | “Paşa Sığorta” | 41,233.7 | 46,420.1 | + |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 954.9 | 583.8 | - |
18 | “Qala Sığorta” | 2,507.4 | 2,793.3 | + |
19 | “Rəvan Sığorta” | 77 | 180.7 | + |
20 | “Standard Insurance” | 605.2 | 590.4 | - |
21 | “Xalq Sığorta” | 543.1 | 2,028.0 | + |
YEKUN | 82 760
| 88,194.6 | + | |
Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88 milyon 195 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17 milyon 156 min manat təşkil edib. Bu isə illik müqayisədə 25,4% azdır.
2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























