Novruz gəlir, hansı otellərdə boş yer qalıb?
Qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə 9 gün ardıcıl iş olmayacaq. Bu isə o deməkdir ki, həm yerli turistlər, həm də əcnəbilər ölkədə yerləşən istirahət mərkəzlərinə üz tutacaqlar.
Artıq indidən əksər hotellərdə nömrələr bron edilib. Boş nömrələri olan hotelləri təqdim edirik.
Qəbələ hotelləri
Məlumat üçün bildirək ki, Qəbələdə yerləşən əksər hotellərdə artıq bütün nömrələr bron edilib. Yalnız müəyyən günlər üçün ən yaxşı halda 1 və ya 2 günlük nömrə bron edə bilərsiz.
Qafqaz Tufandag Mountain Resort Hotel” və “Qafqaz Riverside Hotel”-də demək olar ki, boş yer qalmayıb. “Qafqaz Sport Hotel” –də qonaqları çox olanlar siyahısındadır. “Karvansaray” hoteldə isə bayram ərəfəsində yer tapmaq olar. Belə ki, 28-31 martda hoteldə nömrə bron etmək olar. “Qafqaz Thermal & Spa Hotel”-də isə 29-31 marta kimi hələ ki, boş yerlərin olduğu bildirildi.
Şahdağ hotelləri
Quba-Qusarda yerləşən hotellərdə isə Qəbələ ilə müqayisədə hələ ki, boş nömrələr var. Belə ki, İstər “Şahdağ Hotel” istərsə də “Zirvə” hoteldə Novruz bayramı ərəfəsində boş nömrələrin sayı yetərli qədərdi. Həmçinin, Şahdağda yerləşən “Pik Palace Shahdağ Hotel”və “Park Chalet Hotel”də də boş nömrələr tapmaq mümkündür.
Qeyd edək ki, bəzi hotellər Novruz bayramı ilə əlaqədar qiymətlərdə müəyyən qədər artım ediblər. Bu siyahıya Qax-İlisuda, Şəkidə və Lənkəran ərazisində yerləşən bəzi hotellərin adlarını daxil etmək olar.
“Qax-İlisu”
Qax-İlisu ərazisində yerləşən “Səngər Qala” və “Yaşıl Park istirahət” mərkəzində yetərincə boş nömrələr var. Adı çəkilən ərazidə yerləşən digər bir hotel “El Resort”dan bildirdilər ki, hazırda hoteldə çoxlu sayda qonaqlar var, amma boş nömrələr bron etmək də mümkündür. Həmçinin hotel rəsmisi 20-25 mart tarixlərində standart nömrələrdə gecələmənin 138 manat olduğunu, lakin 25-i tarixindən sonra bu qiymətlərin yenidən əvvəlki, qiymətə 108 manat olacağını bildirdi.
Şəki hotelləri
Şəkidə yerləşən hotellərə gəlincə, bu bölgədə yerləşən hotellərdə doluluq səviyyəsinin hər gün artdığını bildirdilər. Hazırda “Marxal Hotel”də boş yerlərin olduğu bildirildi. Bu hoteldə qiymətlər də açıqlanıb. 17-25 martda standart nömrələrinin qiyməti 170 manat olacaq. 25 mart tarixindən sonra isə bu göstəricinin 90 manata endiriləcəyi qeyd edildi.
“Şəki Park Hotel” və “Şəki Palace Hotel”də isə əksər yerlərin bron edildiyi bildirildi.
Lənkaran hotelləri
Yetərincə boş nömrələri olan yerlərdən biri də cənub zonasında yerləşən mehmanxanalardır. Belə ki, bu bölgədə yerləşən hotellərdə demək olar ki, istənilən tarixdə boş yerlər tapmaq olar.
“Qafqaz Sahil Hotel”-də yalnız 24-27 martda yerlərin bron edildiyi bildirildi. “Xan Lənkəran Hotel”də də yetərincə boş yerlər var.
“Palmalife Lənkaran Resort” da boş nömrələri olan hotellərdəndi. Hotel bayram günləri ilə əlaqədər olaraq standart otaqların qiymətini 10 manat bahalaşdıraraq 70 manat edib.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
11 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
28 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
52 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























