Unibankdan biznesə bayram hədiyyəsi: hesab aç, bank əməliyyatlarını pulsuz et!
(®) Unibank Novruz bayramı münasibəti ilə biznes sahibləri üçün kampaniya keçirir.
Kampaniya müddətində Unibankda ilk dəfə hesab açan korporativ müştərilər, bir sıra məhsul və xidmətlərdən pulsuz istifadə imkanı qazanacaqlar. Kampaniya aprelin 30-dək davam edəcək.
Kampaniyada müddətində bankda hesab açan biznes sahibləri aşağıdakı hədiyyələri əldə edəcəklər:
-1 ədəd pulsuz biznes kart;
-Pulsuz POS- terminal qoşulması;
-1 aylıq pulsuz hesablaşma kassa əməliyyatları:
1.Konvertasiya;
2.Pul köçürmələri (AZN);
3.Valyuta köçürmələri;
4.Cari hesablardan nağd pulun çıxarılması (kartlardan ATM və Posterminal vasitəsi ilə nağlaşdırma və 1% vergi tutulması istisna olmaqla).
Bankda çox sərfəli şərtlərlə hesab açmağın əsl məqamıdır. Unibankda hesab açmaq üçün korporativ müştəriərin bank filialına gəlməsinə ehtiyac yoxdur, çünki hesabı olduğunuz yerdən və istədiyiniz valyutada bron edə bilərsiniz. İlk hesabınızı elə indi, bu linkdən bron edin: https://onlineservices.unibank.az/AccountOrder/index.html
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















