AXA-nın Elxan Qəribli ilə bağladığı saziş qüvvədən düşdü - AÇIQLAMA
Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etməkdə olduğunu rəsmən açıqlayıb
AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşmüşdür.
Bu barədə "Marja"ya "AXA MBASK" Sığorta Şirkətindən bildirilib.
"AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırmışdır və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcəkdir",- şirkətin məlumatında deyilir.
2018-ci ilin əvvəlində Elxan Qəribli ilə Fransanın “AXA” Sığorta Qrupu arasında saziş imzalanmışdı. Saziş, Elxan Qəriblinin Fransa şirkətinin Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə etməsini nəzərdə tuturdu.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Əməliyyatın tamamlanması müvafiq orqanların razılığı alındıqdan sonra başa çatacaqdı.
Elxan Qəribli "Unibank" ASC-nin Müşahidə Şurasının üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
10 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
10 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
10 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
12 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
13 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























