23 səhmdar cəmiyyəti hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.
Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.
Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87.4 kv.m-dir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Bərdə, Daşkəsən və Ağdaşda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 52.7 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən biri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 47.9 kv.m-dir.
Nəqliyyat vasitələrinin hərracında iştirak etmək istəyən şəxslər buraxılış tarixi 1986-2008 olan Fiat, Uaz, Qaz və digər markalardan olan avtomobillər üzrə seçim edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ilkin hərrac qiyməti 2 min manat ilə 7 min manat arasındadır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazanmaq da mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
9 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®

























