Girov fondu yaradılır - iş prinsipi açıqlandı
"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə banklar arasında son hesablaşmaların daha təhlükəsiz və effektiv formada təşkili daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən tədbirlərdən biri də qabaqcıl ölkə təcrübələrində istifadə olunan Girov fondunun yaradılmasıdır". Bu barədə AMB-dən bildirilib.
AMB-dən bildirilib ki, Girov fondu ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə son hesablaşmaların başa çatdırılmasında əminliyin artırılması məqsədilə yaradılır:
"Hal-hazırda istifadə olunan mexanizm banklardan daha çox likvidlik tələb etməklə yanaşı likvidlik riskini tam aradan qaldırmır. Belə ki, bankların ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə son hesablaşmalarının başa çatdırılmaması riskini azaltmaq üçün Mərkəzi Bank bankın müxbir hesabında müvafiq məbləğdə vəsait bronlaşdırsa da, bankda qısamüddətli likvidlik problemi yaranarsa kart ödənişlərinin başa çatdırılmaması riski yaranır. Təqdim edilən yeni mexanizm ilə bankın hesabında vəsait olmadıqda (və ya kifayət etmədikdə) belə Girov fondu hesabından istifadə edilməklə hesablaşmalar başa çatdırılır. Hər hansı bir bankın xeyrinə Girov fondundan istifadə edilmiş məbləğin geri ödənilməsi üçün həmin bank tərəfindən günün sonunadək müxbir hesabında vəsait təmin edilməlidir. Əks halda növbəti gün Mərkəzi Bank tərəfindən həmin vəsait bankın müxbir hesabından mübahisəsiz qaydada silinir. Bu modelin daha bir üstün cəhəti isə banklardan əvvəlki modelə nisbətən son hesablaşmaların davamlılığının təmin edilməsi üçün iki dəfə az vəsaitin tələb olunmasıdır".
Məlumata əsasən hal-hazırda Girov fondunun yaradılması zamanı istifadə olunacaq mexanizm və hesablaşma qaydası barədə banklarla müzakirələr aparılır: "Bankların ümumi razılığından sonra kollektiv saziş bağlanılaraq tətbiqinə başlanılacaq".
O da qeyd edilib ki, hər bir bankın ödəniş kart istifadəçilərinin digər bankların bankomat, POS-terminal və elektron ticarət şəbəkəsində apardıqları əməliyyatların həcmindən və həmin bankın müxbir hesabındakı pul vəsaitindən asılı olaraq müvafiq formulaya uyğun olaraq aylıq əsasda Mərkəzi Bank tərəfindən hesablanaraq banklara bildiriləcək. Banklar tərəfindən hər ayın ilk iş günü ərzində həmin vəsait Girov fondu hesabına köçürüləcək.
"Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə son hesablaşmaların başa çatdırılması üçün bankın müxbir hesabında kifayət qədər vəsait olmadığı halda çatışmayan məbləğ Mərkəzi Bank tərəfindən Girov fondu hesabından silinir və bu haqda iştirakçıya məlumat verilir. Girov fondundakı pul vəsaitindən istifadə etmiş bank gün ərzində həmin vəsaiti qaytardıqda Girov fondundan götürülmüş məbləğə faiz hesablanmır. Bank istifadə edilmiş vəsaiti həmin gün qaytarmadıqda növbəti gün Mərkəzi Bank tərəfindən həmin vəsait hesablanmış faiz məbləği (Mərkəzi Bankın uçot dərəcəsi ilə) də daxil olmaqla bankın müxbir hesabından akseptsiz qaydada silinir. Girov fondunun vəsaitindən istifadəyə görə bankdan tutulmuş haqq Mərkəzi Bank tərəfindən iştirakçıların fonda ödədiyi məbləğə proporsional olaraq onlar arasında bölüşdürülərək bankların müxbir hesablarına daxil edilir. Fondun hesabından istifadə edən iştirakçı müflis elan olunduğu halda Mərkəzi Bank həmin vəsaiti və ona hesablanmış faiz məbləğini "Banklar haqqında Qanun"un 73-cü maddəsinə uyğun olaraq, onun müxbir hesabından akseptsiz qaydada tutur və Girov fonduna yönəldir", - deyə məlumatda vurğulanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
46 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
2 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
3 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb

























