Mərkəzi Bank banklara kredit verməyi dayandırıb
Mərkəzi Bank 2017-ci ilin fevral ayının 1-i tarixinə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, hesabat dövrünə yenidən maliyyələşdirmənin həcmi 1 mlrd. 519 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 15%-lə verilib.
Qeyd edək ki, dekabrda yenidən maliyyələşdirmənin həcmi 2 mlrd. 44,3 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri isə 15% təşkil edib. Beləliklə, Mərkəzi Bank Yanvarda da banklara kredit verməyib.
Əlavə edək ki, ötən ilin Fevral ayının 1-də yenidən maliyyələşdirmənin həcmi 6 milyard 277,7 milyon manat idi.
Xatırladaq ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir. Yenidən maliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. 360 günədək verilən yenidən maliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidən maliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.
© APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
25 d. əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 31 d. əvvəl
-
44 d. əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
55 d. əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
1 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
3 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
3 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
3 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















