"Əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir"
"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Sığortaçılar Assosiasiyası ilə birgə əsas sığorta növləri üzrə tariflərə yenidən baxılmasına dair təkliflər hazırlayır, çünki onlar günün tələblərinə cavab vermir".
Bunu Palatanın İdarə Heyətinin sədri sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
"Burada oturan aktuarilərimiz də razılaşarlar ki, əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir. Biz artıq onlara dəyişiklik edilməsi üçün təkliflər hazırlayırıq və bu istiqamətdə Sığortaçılar Assosiasiyası ilə birlikdə işləyirik", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş Beynəlxalq Sığorta Forumunda bildirib.
İ.Alışov qeyd edib ki, hazırda bazarda risklərin qiymətləndirilməsi kifayət qədər aşağı səviyyədədir və bu, sığortalıların vahid reyestrinin olmaması ilə əlaqədardır.
"Biz artıq model seçmişik və belə bir reyestr yaratmağa başlamışıq, vahid reyestr bazarın şəffaflığını artırmağa imkan verəcək və sığorta şirkətlərinin risklərini idarəetmənin təkmilləşdirilməsi üçün mühüm addım olacaq", - deyə o vurğulayıb.
İbrahim Alışov əsas sığorta məhsulları dedikdə icbari sığortalara işarə edə bilər. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması məsələsi bir neçə ildir dilə gətirilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks- Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























