Antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayın fəaliyyəti dayandırıldı
Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus “Tansu” şadlıq sarayında monitorinq keçirilib.
Agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib.
Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirilir.
Bundan başqa, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub.
Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməyi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı məlum olub.
Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducnun olduğyu, mətbəxdə isə havanlandırma sisteminin olmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə əsasən, protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























