Hotellər Novruz bayramı günləri üçün qiymətlərini qaldırıblar
Azərbaycanda hotellər Novruz bayramı günləri üçün xidmətlərin qiymətlərini maya dəyərindən 4-5 dəfə çox qaldırıblar.
Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, Novruz bayramı günləri üçün hotellərdəki qiymət artımı həm Bakıda, həm də regionlarda müşahidə edilir: “Bakıdakı hotellər yerlərini daha çox xarici turistlər üçün artırıblar. Regionlardakı hotellər isə ümumiyyətlə, hamı üçün qiymətlərini artırıb. Bayramdan əvvəlki günlər üçün 40-50 manata olan qiymətlər bayram günləri üçün 70-80 manata qaldırılıb. Bu qiymətə hoteldə 1 gecə qalmaq və səhər yeməyi daxildir”.
Qiymətlərin qaldırılmasını düzgün saymayan M.Ağakərimov bildirib ki, hotellər qəbul etdikləri turistlərin sayının daha çox olması üçün düzgün marketinq siyasəti aparmalıdırlar:
“Lakin hotellərin əksəriyyəti düzgün marketinq siyasəti aparmır. Biz tövsiyə edərdik ki, onlar Türkiyə, Avstriya və digər ölkələrin təcrübəsindən istifadə edərək həm qiymət siyasətlərini düzgün həyata keçirsinlər, həm də turistlər üçün əlavə xidmətlər təşkil etsinlər”.
Qiymət siyasətinin dəyişməsi üçün rəqabət mühitinin artmasını vacib sayan M.Ağakərimov bildirib ki, rəqabətin artması üçün Azərbaycanda hotel çatışmazlığı problemi aradan qaldırılmalı, yeni hotellər tikilməlidir.
M.Ağakərimov əlavə edib ki, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. O qeyd edib ki, həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasının payına düşür.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə bildirib ki, mehmanxanalar sahibkarlıq subyektləri olduqlarından onlar qiymət siyasətlərinin müəyyən edilməsində müstəqildirlər:
“Lakin biz də maraqlıyıq ki, ölkəyə gələn turistlərə, eyni zamanda ölkənin regionlarında istirahət edən Azərbaycan vətəndaşlarına münasib qiymətlər təklif olunsun. Sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə bununla bağlı dəfələrlə nazirliyin rəhbərliyi tərəfindən müvafiq tövsiyələr verilib. Lakin qiymətləri bazar özü formalaşdırır və rəqabət artdıqca qiymətlər aşağı düşməlidir”.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-21-də qeyd edilir. Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq, 9 gün iş günü olmayacaq.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
12 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
29 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
53 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























