AKİA 719 fermerin 82 milyonluq aqrobiznes layihələrini dəstəkləyib
Bu ilin ilk yarısında AKİA 719 fermerin 82.05 milyon manat dəyərində aqrobiznes layihələrini dəstəkləyib
“Bu ilin ilk yarımilində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 328 fermerə 11.35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə 1432 ədəd ümumi dəyəri 70.7 milyon manat olan kənd təsərrüfatı texnikası satıb” – bunu Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) yarımillik hesabat-konfransında qurumun sədri Mirzə Əliyev bildirib.
Sədr əlavə edib ki, texnika alan fermerlər əvəzindən 27.1 milyon manat vəsait AKİA tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12.67 milyon manat məbləğində güzəştli kredit ayrılıb. “Deyə bilərik ki, aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı vardısa, hazırda bu təchizatçıların sayı 35-dir və istəyən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər” – Agentlik sədri vurğulayıb.
“Əgər 2018-ci ilin ilk yarımilində 62.8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il bu rəqəm 12% artıq – 70.7 milyon manatdır” – Mirzə Əliyev deyib.
“Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi Aqrolizinq ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu ilin ilk yarımilində ötən ilin eyni dövründə olduğundan 3 dəfə artıq kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir” – AKİA sədri qeyd edib.
Mirzə Əliyev fermer və təchizatçılar arasında aparılan məlumatlandırma işlərindən də danışıb. Kənd təsərrüfatı texnikasının yeni satış mexanizmi və kredit qaydaları barədə fermerləri məlumatlandırmaq, eləcə də təchizatçılarla fermerlərin birbaşa əlaqəsini təmin etmək məqsədilə silsilə tədbirlər görülüb. Bunlardan 30-dək rayonu əhatə edən və 10 min nəfər fermerin qatıldığı 6 texnika yarmarkasını, 8 regionda kredit yarmarkalarını nümunə göstərmək olar. Bundan başqa, yeni qaydalarla tanış etmək məqsədilə AKİA əməkdaşları bank və təchizatçılar üçün 10-a yaxın təqdimat keçirib.
Uzun illər Aqrolizinq ASC-dən başqa texnika təchizatçısı tanımayan fermerlərin istədikləri texnikanın axtarışını asanlaşdırmaq məqsədilə AKİA-nın dəstəyi ilə özəl sektor tərəfindən www.aqrotexnika.az saytı hazırlanıb.
Bu elan-satış platformasında fermerlər müxtəlif təchizatçıların yerləşdirdiyi texnikalar və onların qiymətləri ilə tanış ola və təchizatçılarla əlaqə saxlaya biləcəklər.
AKİA öz saytını – www.akia.gov.az saytını da yeniləyərək, istifadə üçün daha asan edib.
Daha sonra Mirzə Əliyev Agentliyin həyata keçirdiyi layihələr barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
5 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
6 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
6 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti




















