Azərbaycanda dərman istehsalı üçün Ukraynanın bir sıra şirkətləri ilə danışıqlar aparılır
Ukrayna Prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub, Ukrayna Prezidenti Azərbaycan məhsullarının Ukraynaya ixracı üçün hər cür şərait yaradıldığını, Kiyevdə Azərbaycan Ticarət Evinin açılması təşəbbüsünü dəstəklədiyini bildirib və region ölkələri ilə ticarətin genişləndirilməsi baxımından Azərbaycanda Ukrayna Ticarət Evinin yaradılması barədə müvafiq qurumlara tapşırıq verib.
Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı SOCAR-ın Ukraynadakı fəaliyyəti yüksək qiymətləndirilib, qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, neft emalı, neft maşınqayırması və elektrik avadanlıqlarının istehsalı, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin Ukraynanın yol infrastrukturunun yenidən qurulmasında və təmirində iştirakı məsələləri müzakirə edilib.
Görüşdə həmçinin, Ukraynanın Azərbaycanın tranzit potensialından istifadə etməklə İran və Orta Asiya bazarlarına çıxmaq imkanları qeyd edilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Ukrayna üçün əhəmiyyəti, bu sahədə vahid tarif siyasətinin tətbiqinin vacibliyi vurğulanıb, Azərbaycan şirkətlərinin Ukrayna limanlarının idarə edilməsində iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.
Ukrayna Respublikasının Baş nazirinin I müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ilə görüşdə Azərbaycan və Ukrayna arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanda Ukrayna şirkətləri uğurla fəaliyyət göstərir. 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb və bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Şahin Mustafayev Azərbaycanın Ukraynada Ticarət Evinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan Ukraynaya fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi, polietilen, metanol, alüminium ixrac edə bilər. Azərbaycanın tranzit imkanları barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ölkəmiz Ukrayna ilə tranzit sahəsində də əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün imkanlar genişdir.
Əməkdaşlıq perspektivlərinə gəlincə, Azərbaycanın İqtisadiyyat naziri qeyd edib ki, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Pirallahı Sənaye Parkında investorlar üçün yaradılmış imkanlardan və güzəştlərdən yararlanmaqla əczaçılıq sahəsində birgə müəssisə yarada bilərlər. Artıq əczaçılıq sahəsində birgə əməkdaşlığa dair Ukraynanın bir sıra şirkətləri ilə danışıqlar aparılır. Maşınqayırma sahəsində əməkdaşlıq imkanları genişdir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, tikinti materiallarının istehsalı sahələrində də əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Ukraynanın İnfrastruktur naziri Vladimir Omelyan ilə keçirilmiş görüşdə infrastruktur, xüsusilə avtomobil və dəmir yollları, limanlardan istifadə sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə yaradılmış müasir infrastruktur, bu sahədə həyata keçirilən layihələr barədə məlum verib, Ukrayna ilə müvafiq sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr iqtisadi-ticarət, turizm və tranzit sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Ukraynanın İnfrastruktur naziri ölkəsində nəqliyyat sahəsində, xüsusilə də yol tikintisi və limanların özəlləşdirilməsi sahəsində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduqlarını bildirib. Görüşdə Azərbaycan şirkətlərinin yol tikintisi sahəsində digər ölkələrdəki müsbət təcrübəsi xüsusilə vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 17 d. əvvəl
-
30 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
37 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində



























