Azərbaycan bazarında ilk dəfə onlayn əməkhaqqı kart sifarişi
(®) Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank Azərbaycan bazarında növbəti bir ilkə imza atıb.
Belə ki, “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq PAŞA Bank öz müştərilərinə iş yerini tərk etmədən əməkhaqqı layihəsinə qoşulmaq və əməkhaqqı kartlarını sifariş etmək imkanını yaradıb.
Əməkhaqqı layihəsindən yararlanmaq üçün Müştəri işçi sayını və aylıq əməkhaqqı fondunu qeyd etməklə şirkət üçün münasib olan tarifin təyin olunmasını həyata keçirə bilər.
Bununla yanaşı, Bankın Müştərisi işçilərinə ölkənin istənilən nöqtəsinə yeni əməkhaqqı kartlarını sifariş etmək üçün bu sadə addımları atmalıdır:
-işçinin şəxsiyyətini təsdiq edən sənədin FİN-ini və mobil nömrəsini daxil etmək;
-işçisinin "ASAN Finans" sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsini təqdim etmək.
Əlavə olaraq PAŞA Bank əməkhaqqı kartlarının bir sıra üstünlüklərini xatırlatmaq istərdik:
- Müştərinin xərclərinin və nağd pulun daşınma risklərinin azaldılması;
- Tarifinə uyğun olaraq PAŞA Bankın əməkhaqqı kart sahibləri üçün ölkənin bütün ATM şəbəkəsində pulsuz nağdlaşdırma imkanı;
- Əməkhaqqı Kart sahibləri üçün kreditləşmə və depozit yerləşdirmə imkanı;
- Əməkhaqqı Kart sahibləri üçün bir sıra mağaza, restoran və digər məkanlarda endirimlərdən istifadə etmə imkanı;
- PAŞA Bank Mobil Əlavə vasitəsilə əməkhaqqı kartı üzrə günün istənilən vaxtı hesaba nəzarət edilməsi, müxtəlif ödənişlərin həyata keçirməsi, cari platformada təqdim edilən digər bank xidmətlərinin sifariş edilməsi və s.
Onlayn Bank xidmətindən istifadə etmək üçün: https://pashabank.digital/login.html#/
PAŞA Bank Müştərisi olmaq üçün: https://onboarding.pashabank.digital/login.html#/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















