Dollar bütün mühüm valyutalar qarşısında ucuzlaşır
ABŞ Mərkəzi Bankının Çərşənbə günkü iclasından sonra, Fed-in 2017-ci ildə daha çox (3 dəfədən çox) faiz artıracağına dair fərziyyələr boşa çıxmasından sonra, Dollar bütün mühüm valyutalar qarşısında ucuzlaşıb.
"Marja" xəbər verir ki, ABŞ Dolları Yapon Yeni qarşısında bu həftə 1.2 faiz dəyər itirib, Cümə günü 113.41 səviyyəsindən əməliyyat olunub. Dollar Avro qarşısında da ucuzlaşıb. Artıq EUR/USD məzənnəsi 1.077 səviyyəsini görüb.
"Dollar düşdü, çünki bazarlar Fed-in açıqlamasının daha "şahin" olacağını gözləyirdi. Bazarlar məyus oldu və uzun mövqeləri azaldıb (Dollar satılır). Dollarda uzun mövqelərin zəifləməsi gələcək həftələrdə də davam edə bilər",- analitiklər bildirir.
ABŞ Dollarının mühüm valyutalar qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi, bu həftə təxminən 1.16 faiz geriləyib. İndeks, Cümə günü 1229.3 bəndə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
27 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























