“AZSIĞORTA” məhkəməyə verilməsi məsələsinə aydınlıq gətirdi
“Marja”ya təqdim edilən məlumata görə, 19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı, 11-BC-626 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “AZSIĞORTA” ASC-də mülki məsuliyyəti sığortalanmış sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9 min 426 manat məbləğində zədələnmişdir.
Hadisə ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfində müvafiq yoxlama aparılmış, toplanmış materialların surəti, o cümlədən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən digər sənədlər “AZSIĞORTA” ASC-yə təqdim olunmuşdur.
Lakin bunlara baxmayaraq, “AZSIĞORTA” ASC zərərçəkmişlə ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərərini vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişinin mümkün olan ən tez müddət ərzində ödəməmişdir.
O cümlədən vətəndaş, “AZSIĞORTA” ASC tərəfindən lüzumsuz olaraq dəfələrlə bölgədən Bakı şəhəri çağırılmış və üzləşdiyi haqsızlıqlarla bağlı rəhbər şəxlərlə görüşə bilməmişdir.
Bununla bağlı vətəndaş “AZSIĞORTA” ASC-ni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə vermişdir.
Mübahisə ilə əlaqədar “AZSIĞORTA” ASC Marja.az saytının sorğusunu cavablandırıb.
Şirkətin cavabında bildirilir ki, cari ilin mart ayının 19-da İmişli rayon ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “AZSIĞORTA” ASC-də sığortalanmış “11-BC-626” dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı 1990-cı il istehsalı KAMAZ markalı avtomobilin sol ön hissəsi ilə toqquşub.
2019-cu ilin iyun ayında sorğumuza cavab olaraq müvafiq dövlət orqanı tərəfindən sənədlər daxil olub.
Qiymətləndirmə üzrə ekspert tərəfindən aparılan yoxlama sonunda hesablanmış zərərin məbləği zərərçəkənə bildirilib. Zərərçəkən bu zərərin az olmasını iddia edərək təqdim edilən məbləğ ilə razılaşmayıb.
Zərərçəkən tərəfindən KAMAZ markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin 11 min 334 manat olduğu bildirilən əlyazma ilə qeyd olunmuş 2 vərəq təqdim olunub.
Sığorta qanunvericiliyinə əsasən zərərçəkənə nəqliyyat vasitəsinin “AZSIĞORTA” ASC tərəfindən təmir edilməsi təklif olunduqda isə avtomobilin artıq təmir edildiyi bildirilib.
Qeyd edək ki, AR Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
Zərərçəkənə qanunvericiliyin müddəaları bildirildikdə, o istənilən halda 5 min manat alacağını bildirib.
Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
40 d. əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 47 d. əvvəl
-
-
11 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
11 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 11 saat əvvəl
-
11 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
11 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
11 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
14 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
14 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
14 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı

























