AFB Bank-da vakansiya - Proseslərin idarə edilməsi Strukturunun baş mütəxəssisi
AFB Bank Proseslərin idarə edilməsi Strukturunun baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
-Bankın audit, nəzarət, müştəri xidmətləri sahəsində və ya analoji sahədə ən az 3 il iş təcrübəsi
-Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
-Ofis proqramları ilə işləmək bacarığı (Visio, Power Point, Excel, Word);
-BPM platformalı proqram təminatları və Power BI, Tableau, SPSS üzrə biliklər arzuolunandır;
-Bank proseslərinin iş axışları, Bank qanunvericiliyi barədə məlumatlı olmaq;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə, Problemlərin həll yolunun qısa müddətdə müəyyən edilməsi bacarığı;
-Analitik düşünmə bacarığı, Yaradıcı yanaşma tərzi;
-İntensiv rejimdə işləmək bacarığı;
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İŞİN TƏSVİRİ:
-Bank proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi və yeniliklərin tətbiq edilməsinin təşkilatlandırılması;
-Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxemlərinin hazırlanması (BPMN standartlarına uyğun);
-Bankın prosedur və qaydaların optimallaşdırılmasına dair təhlillər və monitorinqlər aparmaq, yenisinin hazırlanmasını təmin etmək;
-Prosedur və proseslərə dair rəylərin verilməsi;
-Proseslər üzrə xronometrajların aparılması;
-Proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
-Struktur bölmələrin iş yüklərinin hesablanması;
-Layihələrdə iştirak;
-Texniki tapşırıqların yazılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə eilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 18 d. əvvəl
-
22 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
39 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























