Borca girməzdən öncə özünüzə verəcəyiniz suallar
Cari və potensial mikromaliyyə müştərilərinin maliyyə savadlılığının artırılması üçün artıq altıncı ildir DÜŞÜN, BORC AL! kampaniyası keçirilir. Kampaniya bu il də oktyabr ayı boyunca davam edir.
Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilir.
Kampaniya bu il Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Monteneqro, Gürcüstan, Polşa, Kosovo, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna və Yunanıstan da daxil olmaqla, 16 ölkədə həyata keçirilir.
Azərbaycanda oktyabr ayı ərzində Kampaniyanı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) dəstəkləyir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasndan "Marja"ya daxil olmuş məlumatda deyilir ki, DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqdır. Kampaniyanın bəzi materialları ilə AMFA-nın Facebook səhifəsini izləyərək tanış ola bilərsiniz.
AMFA Kampaniya çərçivəsində nə planlaşdırır?
AMFA komandası müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdıracaqdır. Təşkilat veb səhifəsində və digital platformalarında aşağıdakı 5 əsas suallara cavab verən postlar paylaşılır və müxtəlif materiallar hazırlanır:
- Nə qədər borc götürməli olduğumu necə təyin edə bilərəm?
- Nə qədər ödəyəcəyimi bilirəmmi?
- Mən müqaviləni tam başa düşürəmmi?
- Bankdan narazıyamsa nə etməliyəm?
- Borcun məbləğini necə idarə edə bilərəm?
Geniş ictimaiyyətin istifadəsi üçün MFC onlayn şəkildə ev təsərrüfatının Maliyyə Sağlamlığının Yoxlanması üçün alət təqdim edir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir.
Qeyd edək ki, bu ildən etibarən MFC tərəfindən mikro və kiçik bizneslərin Maliyyə Sağlamlığının Yoxlanması üçün yeni alət hazırlanmışdır və test mərhələsindədir. İstifadəçilərdən toplanan rəylər əsasında alət növbəti illər üçün daha da təkmilləşdiriləcəkdir.
Siz də müvafiq olaraq 13 və 24 suala cavab verərək ev təsərrüfatınızın və ya biznesinizin maliyyə sağlamlığını qiymətləndirə bilərsiniz. Alətlərdən istifadə etdikdən sonra fikir və təkliflərinizi [email protected] elektron poçt ünvanına yazaraq bizimlə bölüşə bilərsiniz.
#2019BWC #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı AMFA və MFC-nin sosial şəbəkə hesablarında daha yaxından izləyə bilərsiniz.
Kampaniya haqqında hər hansı sualınız yaranarsa, [email protected] elektron poçt ünvanına yazaraq layihə köməkçisi Ləman Haqverdiyeva ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























