Palata bank sektorunun yeni göstəricilərini açıqladı
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı press-relizdə bildirilir ki, 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 363 milyon manat, cəmi öhdəlikləri isə 26 milyard 675 min manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 686 milyon manat olub.
Aktivlər
Sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 milyard manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 872 milyon manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
Öhdəliklər
2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8 milyard 491 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 2.7% (222 milyon manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş vermişdir. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235 milyon manat) artmışdır. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 milyon manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 milyon manat) azalmışdır.
Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12.2% (1 milyard 260 milyon manat) artaraq 11 milyard 571 milyon manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş vermişdir. İlin əvvəlindən müddətli depozitlər 86.3% (1 milyard 251 milyon manat) artaraq 2 milyard 701 milyon manata çatmışdır.
Kapital
Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4 milyard 236 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4 milyard 688.5 milyon manat təşkil etmişdir.
Mənfəət və zərər
2019-cu ilin 9 ayı ərzində bank sektoru 645.7 milyon manat əməliyyat mənfəəti generasiya edib. Sektorun xalis mənfəəti isə 522.7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artmışdır.
Maliyyə indikatorları
Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir.Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank sektorunun işçi heyətinin sayında artım sentyabr ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18 min 911 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
26 d. əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
58 d. əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
-
2 saat əvvəl
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal ərzaq bazarında kəskin bahalaşma – 4 ilin ən böyük artımı
-
3 saat əvvəl
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Ən çox oxunanlar
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq
Qlobal ərzaq bazarında kəskin bahalaşma – 4 ilin ən böyük artımı
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
ARDNF 1 trilyon dollarlıq nəhənglə strateji tərəfdaşlığa başlayır - Regiona qlobal kapital cəlb ediləcək
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Spotify və TikTok Azərbaycanda ƏDV qeydiyyatına alındı
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®

















