“Bank Respublika”da depozitlər rekord qırdı
2019-cu ilin 3-cü rübündə ilk dəfə “Bank Respublika”nın depozit portfeli 1 milyard manat səviyyəsini keçib.
“Bank Respublika” ASC 2019-cu ilin 9 ayını 15 milyon 620 min xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti təxminən 13 dəfə artıb. “Bank Respublika” ASC 2018-ci ilin 9 ayını 1 milyon 213 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövrü ərzində “Bank Respublika”nın faiz gəlirləri 20 milyon 930 min manat və ya 72% artaraq 50 milyon 112 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 18 milyon 380 min manat və ya 99% artaraq 36 milyon 943 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövrü ərzində “Bank Respublika”nın faiz xərcləri 8 milyon 298 min manat artaraq 20 milyon 941 min manat, qeyri-faiz xərcləri isə 9 milyon 921 min manat artaraq 38 milyon 804 min manat olub.
Cəmi gəlirlərin 39 milyon 310 min manat artması ilə bərabər cəmi xərclər 18 milyon 219 min manat artıb. Beləliklə, cəmi xalis gəlir artımı 21 milyon 91 min manat təşkil edib.
Cari ilin 9 ayı ərzində “Bank Respublika”nın cəmi gəlirləri 87 milyon 55 min manat, cəmi xərcləri 59 milyon 745 min manat təşkil edib.Gəlirlər xərcləri üstələdiyindən Bankın 27 milyon 310 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, Bank əməliyyat mənfətinin 11 milyon 690 min manatını ehtimal olunan kredit itkilər üçün yaradılan ehtiyata ayırıb. Nəticədə, Bank, 9 ayı 15 milyon 620 min manat mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Bank Respublika”nın cəmi gəlirləri 47 milyon 745 min manat, cəmi xərcləri isə 41 milyon 526 min manat təşkil etmişdi. Xərclərin gəlirlərdən çıxılması ilə Bankın 6 milyon 218 min manat əməliyyat mənfəəti yaranmışdı. Əməliyyat mənfəətinin 5 milyon 5 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldimişdi və nəticədə Bank 9 ayı 1 milyon 213 min manat mənfəətlə bağlamışdı.
“Bank Respublika”nın əməliyyat mənfəətinin 4 dəfədən çox artaraq 6 milyon 218 min manatdan 27 milyon 310 min manata yüksəlməsi xüsusi qeyd edilməlidir. Bankın gəlirlərinin sürətli artması əməliyyat mənfətinin də kəskin artmasını təmin edib.
AKTİVLƏRİ 1,4 MİLYARD MANATA YAXINLAŞIB
“Bank Respublika”nın gəlirlərinin artması təsadüfi deyil, bankın aktivləri, o cümlədən müştərilərə verilən kreditlər artıb. 2019-cu ilin 9 ayı ərzində “Bank Respublika”nın cəmi aktivləri 373 milyon 137 min manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 1 milyard 356 milyon 235 min manata çatıb. Ötən ilin sonunda Bank 983 milyon 98 min manat cəmi aktivlərə malik idi. Eyni dövrdə, müştərilərə verilən cəmi kreditlər isə 111 milyon 136 min manat artaraq 454 milyon 766 min manata çatıb.
DEPOZİTLƏRDƏ BİR İLK
2019-cu ilin 3-cü rübündə ilk dəfə “Bank Respublika”nın depozit portfeli 1 milyard manat səviyyəsini aşaraq 1 milyard 31 milyon manata yüksəlib. Ötən ilin sonunda Bankda depozitlər 715 milyon 475 min manat, 30 İyun 2019-cu il tarixində isə 909 milyon 347 min manat təşkil etmişdi.
Qeyd edək ki, 2019-cu ilin 1-ci rübündə “Bank Respublika”nın aktivləri ilk dəfə 1 milyard manat səviyyəsini aşmışdı.
Ötən ilin sonunda 56 milyon 767 min manat təşkil etmiş cəmi balans kapitalı 30 Sentyabr 2019-cu il tarixində 73 milyon 350 min manata çatıb. “Bank Respublika”nın məcmu kapitalı isə 73 milyon 722 min manat təşkil edib.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
3 d. əvvəl
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
- 8 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
-
3 saat əvvəl
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Ən çox oxunanlar
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq
Qlobal ərzaq bazarında kəskin bahalaşma – 4 ilin ən böyük artımı
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
ARDNF 1 trilyon dollarlıq nəhənglə strateji tərəfdaşlığa başlayır - Regiona qlobal kapital cəlb ediləcək
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ























