Vergi borcu olduqda banklar niyə bütün hesaba blok qoyurlar
Bu bankların proqram təminatından asılı məsələdir. Daha ciddi şəkildə bu məsələnin üzərinə düşərək elə bir proqram təminatı qurulmalıdır.
Bu gün bank sisteminin əsas problemlərindən biri də nəzərdə tutulan müddətdən sonra vergi borcunu ödəyə bilməyənlərin bank hesablarına sərəncam qoyulmasıdır. Bankların nəzərdə tutulan vəsaitə deyil, bütün vəsaitə sərəncam qoyması, hansısa əməliyyatın icrasında yaranan maneələr isə müştərilər arasında narazılığa səbəb olur.
Bunun üçün nə edilməlidir sualına cavab olaraq iqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında proqram təminatı ilə bağlı bir sıra işlərin görülməsinə ehtiyac olduğunu bildirib:
"Əslində bu məsələ texniki problem olaraq qalır. Bu bankların proqram təminatından asılı məsələdir. Daha ciddi şəkildə bu məsələnin üzərinə düşərək elə bir proqram təminatı qurulmalıdır ki, vətəndaşların hüququ pozulmasın və banklar da öz funksiyalarını yerinə yetirə bilsinlər. Nəzərdə tutulan məbləğə blok qoyula bilər".
O vurğulayıb ki, vergi borcuna görə hesaba tamamilə blok qoyulması düzgün deyil: "Hazırda banklarda proqram təminatının yenilənməsi ilə yanaşı, onlayn bankinq anlayışının daha da geniş yayılmasına ehtiyac var".
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 d. sonra
-
- 11 d. əvvəl
- 30 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























