Türkiyədə istehlak kreditlərinin xüsusi çəkisi 10%-ə çatmır
Türkiyənin bank sektorunun cəmi kredit həcmi ötən həftənin sonunda 2 trilyon 562 milyard 750 milyon lirə təşkil edib.
"Marja" Türkiyədə bank sektorunu tənzimləyən və nəzarət edən təşkilatın (BDDK) statistikasına istinadən xəbər verir ki, müştərilərə verilən cəmi kreditlərin 434 milyard 416 milyon lirəsini və ya 17%-ni ev təsərrüfatlarına verilən kreditlər təşkil edib. Bu kreditlərin 190 milyard 969 milyon lirəsini ipoteka, 6 milyard 78 milyon lirəsini avtomobil və 237 milyard 368 milyon lirəsini ehtiyac (nağd pul, əşya krediti, tətil krediti, təhsil krediti və s) kreditləri təşkil edib. İpoteka xaric istehlak kreditləri (avtomobil və ehtiyac) cəmi kreditlərin 9,5%-nə bərabərdir.
NİSBƏT AZƏRBAYCANDA 3 DƏFƏ YÜKSƏKDİR
Sentyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda banklarının cəmi 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 44%-ni və ya 6 milyard 292 milyon manatını ev təsərrüfatlarına verilən kreditlər təşkil edib (ipoteka kreditləri daxil). Cəmi kredit qoyuluşlarının 4 milyard 349 milyon manatı və ya 30,5%-i sırf istehlak kreditlərindən ibarət olub.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 5 d. sonra
-
- 7 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























