HALAL QİDA məhsulları istehlakçılarının nəzərinə!
“PAYIM” kolbasa və sosislərin istehsalçısı “Al-SANA” şirkətinin “Uyğunluq Sertifikat”ları ləğv edilib və “HALAL” əmtəə nişanından istifadə etməsi qadağan edilib. Buna səbəb olaraq “halal olmayan mal və toyuq ətindən, kimyəvi qatqılardan istifadə” göstərilir.
"AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3., 5.9. və 5.11. maddələrinin tələblərini kobud şəkildə pozaraq “PAYIM” Əmtəə Nişanlı kolbasa və sosislərin istehsalında halal olmayan mal və toyuq ətindən, kimyəvi qatqılardan istifadə etdiyi üçün tərəfimizdən “Al-SANA” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28 dekabr 2017-ci il tarixli AZ031.14.01.07848.17, AZ031. 14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir".
Bu, “AzeSERT HALAL” MMC Sertifikatlaşdırma Orqanının rəhbərliyindən “Marja”ya daxil olmuş məlumatda deyilir.
Qeyd edilib ki, “PAYIM” Əmtəə Nişanlı kolbasa və sosislərin üzərində “HALAL” Əmtəə Nişanından istifadə etmək “AL-SANA” MMC-ə qadağan edilmişdir.
“Bundan narazı qalan “AL-SANA” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmənin qəbul etdiyi yekun Qərardad ilə Sertifikatlaşdırma Orqanı olaraq “AzeSERT HALAL” MMC-nin yuxarıda adları sadalanan sertifikatların ləğv edilməsinə dair 27 sentyabr 2019-cu il tarixli Qərarın icrası qüvvəsində saxlanılmışdır.
“AL-SANA” MMC-nin qeyd edilən qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün tərəfimizdən müvafiq orqanlara müraciətlər edilmişdir”.
"MAL VƏ TOYUQ ƏTLƏRİ HALAL OLMAYAN QAYNAQLARDAN ALINIR"
Məsələ ilə əlaqədar, “AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev “Marja”ya açıqlamasında bildirmişdi ki, qaydalara uyğun olaraq “Al-Sana” MMC-də dövrü inspeksiya nəzarəti tədbiri aparılıb:
“İnspeksiya nəzarəti tədbiri zamanı auditorlarımız “Al-Sana” MMC-nin təchizatçılarını dəyişdiyini aşkar etdilər. Belə ki, ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə edilir. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. 2017-ci ildə tərəfimizdən sertifikat təqdim edilən zaman “Al-Sana” MMC xammal və materialları halal qaynaq kimi qəbul edilən müəssisələrdən alırdı. Bu il dövri inspeksiya nəzarətilə təchizatçıların dəyişdirildiyini aşkar etmişik. Standartın tələbləri pozulduğundan ilk öncə 26 Avqust 2019-cu il tarixli qərarmız ilə “Halal” sertifikatların qüvvəsi dayandırılıb. Həmçinin tərəfimizdən nöqsanların aradan qaldırılması üçün “Al-Sana” MMC-yə yazılı göstəriş verilmişdir. “Al-Sana” MMC yazılı göstəriş və tövsiyyələrimizə məhəl qoymadığından 27 Sentyabr 2019-cu il tarixində “Uyğunluq Sertifikat”larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə qərar qəbul etmişik. Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq bu barədə ictimaiyyəti məlumatlandırırıq”.
“Al-Sana” MMC-nin hüquqşünası Kamran Əfəndiyev məsələ ilə bağlı “Marja”ya bildirmişdi ki, “Al-Sana”nın xammalları aldığı şirkətlərin çoxu “Halal” sertifikatlara sahibdirlər: "Biz məhkəmədə də təqdim etmişdik. Bir sıra qida əlavələri və ədviyyat istehsalçılarının isə “Halal” sertifikatı almasına ehtiyac yoxdur və ya onların sertifikatlaşdırılması üçün də standart və mexanizm də mövcud deyil”.
Həmçinin “Al-Sana” MMC-dən "Marja"ya bildirilib ki, bitki yağıları və ədviyyat istehsalçıları "Halal" sertifikat əldə etməyə məcbur deyillər:
"Şirkətimiz bitki yağlarını və ədviyyatları məşhur yerli istehsalçılardan əldə edir. Bu istehsalçılar məhsullarını standartların tələblərinə uyğun istehsal edirlər. Bunu bildikləri halda, yağa və ədviyyata görə, bizə “HALAL” Əmtəə Nişanından istifadə etməyi qadağan etmək doğru deyil. Hesab edirik ki, şirkətimizə qarşı qərəzli mövqe var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
35 d. əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
1 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
2 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
2 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
2 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®






















