“Para Bank”ın hüquqi varisinə lisenziya verildi
Cəmiyyət 20 filialın açılmasına icazə alıb
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.
Məlum olduğu kimi, “Parabank” ASC-nin lisenziyasıMBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu (Fond) ləğvedici kimi təyin edilmişdir. Fond 43milyon manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəmişdir.
Fond və “Parabank”ın səhmdarları arasında bankın BOKT-na transformasiyası məsələsi razılaşdırılmışvə MBNP-yə müraciət edilmişdir.
MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-na çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və Məhkəmənin31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. “Para” BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır.
Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə “Parabank”ın məcburi ləğv prosesi dayandırılmış və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilmişdir. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçünxüsusi icazə almaq məqsədilə9 mart 2017-ci il tarixində MBNP-yə müraciət etmişdir.
“Parabank” ASC-ninhüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilmiş, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraqtənzimlənmişdir.
MBNP “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsini və MBNP-ninNizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Para” BOKT ASC-yəgirov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib.
Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilmişdir.
Direktorlar Şurasının iclasında həmçinin “Para” BOKT ASC-ninxidmət şəbəkəsinin formalaşdırılması məqsədilə 20 filialının açılmasımüraciətinə baxılmış və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)






