“Azərxalça” ABŞ bazarında satış imkanlarını genişləndirir
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında niyyət protokolu imzalanıb.
Bu protokola uyğun olaraq, Amerika Birləşmiş Ştatlarında Azərbaycan xalçalarına həsr edilmiş tədbirlər keçiriləcəkdir.
Niyyət protokolunun imzalanmasından öncə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vəziri ilə görüşüb.
Vidadi Muradov bildirib ki, 2016-cı ildə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2016-2019-cu illərdə 21 xalça fabriki fəaliyyətə başlayıb. Bu fabriklərdə indiyədək 13 min kvadratmetrdən çox məhsul istehsal olunub. İndi qarşımızda duran əsas vəzifə Azərbaycan xalçalarının bütün dünyada təbliğinə, “Azərxalça”nın məhsullarının beynəlxalq xalça bazarında satışının genişləndirilməsinə nail olmaqdır.
Bildirilib ki, Azərbaycan xalçası tarixən dünya bazarında brend məhsul kimi satılıb. Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində və şəxsi qalereyalarında saxlanılan Azərbaycan xalçaları onların tarixən brend məhsullar kimi alındığını və çox dəyərli olduğunu sübuta yetirir. Nadir Azərbaycan xalçalarının saxlanıldığı mədəniyyət ocaqlarından biri də ABŞ-da fəaliyyət göstərən “Metropoliten” Muzeyidir. Həmin muzeydə 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir. Bu xalçalar Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Qazax-Borçalı, Quba, Şirvan və Təbriz qruplarına aid qiymətli sənət əsərləridir. “Metropoliten” Muzeyində sərgilənən ən qədim Azərbaycan xalçaları 17-ci əsrdə toxunub. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-da Azərbaycan xalçalarına həmişə ciddi maraq göstərilib.
Vurğulanıb ki, son illər milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq üçün dövlətimizin diqqət və qayğısı sayəsində mühüm tədbirlər həyata keçirilib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Artıq “Azərbaycan xalçası” brendi yaradılıb.
Vidadi Muradov deyib ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan xalçasının dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir. ABŞ-Azərbaycan Ticarət Palatası ilə qarşlıqlı əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması da bu tədbirlərin davamıdır. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, “Azərxalça”nın məhsullarının satış imkanlarının genişləndirilməsidir.
Qeyd olunub ki, “Azərxalça” əl ilə toxunmuş xalça və xalça məmulatlarını Ticarət Palatası üçün təchiz edəcək. Ticarət Palatası isə xalçaları özünün Vaşinqtonda yerləşən iqamətgahında və digər məkanlarda təşkil ediləcək tədbirlərdə nümayiş etdirəcək, habelə “Azərxalça”nın verdiyi məlumatları bu sahə ilə məşğul olan sahibkarlara və fiziki şəxslərə çatdıracaqdır. Tərəflər Azərbaycanın xalça toxuma ənənələrini, onun tarixini, toxucuları və xalçaları Amerika Birləşmiş Ştatlarında birlikdə təbliğ etmək niyyətindədirlər.
Bu niyyət protokolunun müddəti 1 ildir. İlkin mərhələdə “Azərxalça” tərəfindən ABŞ-a 55 ədəd xalça göndərilib. Həmin xalçaların Nyu-York və Vaşinqton şəhərlərində sərgisi, müxtəlif tədblər təşkil ediləcəkdir. İlk tədbir dekabrın 2-də ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən əsas binasında keçiriləcəkdir.
Vidadi Muradov Azərbaycan xalçalarının Amerika Birləşmiş Ştatlarında təbliğinə göstərdiyi köməyə görə, ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbərliyinə, xüsusən Ticarət Palatasının həmsədri Reza Vəziriyə öz təşəkkürünü bildirib.
Ticarət Palatasının fəaliyyəti barədə ətraflı məlumat verən Reza Vəziri niyyət protokolunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında niyyət protokolu imzalanıb. Niyyət protokolunu “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov və ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vəziri imzalayıblar.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)












