Dünən işə düşən dərman zavodunun Azərbaycandan yeni ortağı kimdir?
Dünən Pirallahı Sənaye Parkında ikinci dərman zavodu istifadəyə verildi. Açılış mərasimində mediaya bildirildi ki, dərman istehsalı müəssisəsi Rusiyanın “R-Pharm” şirkətlər qrupunun Azərbaycanın "AzPharm" şirkəti ilə ortaq kompleksidir.
“Marja”nın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, "AzPharm" şirkəti 2014-cü ildə yaradılmış “NNN” MMC-nin hüquqi varisidir. Şirkətin qanuni təmsilçisi Cəmil Cəlil oğlu Xəlilovdur.
100 manat nizamnamə kapitalı olan "AzPharm" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Nəsimi, ev 32E, m.118-dir.
“"AzPharm" xarici sərmayə cəlb etməklə yanaşı, ixracı genişləndirmək və Azərbaycanda istehsal olunan məhsul və markaları tanıtmaqla məşğuldur. Fəaliyyətin əsas sahələrindən biri Azərbaycanda və qonşu ölkələrin ərazisində olan əczaçılıq bazarının iştirakçılarına biznes həllərinin və məsləhətlərin verilməsidir. Tədqiqat və innovativ layihələrin həyata keçirilməsinə sərmayə qoyan “AzPharm” eyni zamanda istehsal proseslərini və yerli müəssisələrin məhsullarının da modernləşdirilməsi işini həyata keçirir”,- açılış mərasimində bildirilmişdi.
İLK ÖNCƏ RUSİYA ŞİRKƏTİ "HAYAT FARM" İLƏ ORTAQ İDİ
Qeyd edək ki, 2016-cı ildə “Hayat Farm” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilmişdi. “Hayat Farm” MMC 15 dekabr 2015-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiya Federasiyasının "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC şirkəti tərəfindən yaradılmışdı. Sonradan “Hayat Farm” MMC-nin resident statusu ləğv edilmiş və 2018-ci ildə “R-Pharm” MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır.
RUSİYA ŞİRKƏTİNİN AZƏRBAYCANDAKI TÖRƏMƏSİ 100 MANAT KAPİTALA MALİKDİR
2018-ci ildə Vergilər Nazirliyinin dövlət qeydiyyatına aldığı “R-Pharm” MMC 100 manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Natalya Badanina Aleksandrovnadır. “R-Pharm” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi Rayonu, Süleyman Rəhimov, ev 129, m.16-dır.
2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkında "Hayat Pharm"Azərbaycan-Rusiya birgə müəssisəsinin təməlqoyma mərasimi keçirilmişdi. Bildirilmişdi ki, zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Layihənin iştirakçıları Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri 74 milyon dollar təşkil edir.
Dünən zavodun açılış zamanı da bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcəkdir.
Rusiyanın "R-Farm" Şirkətlər Qrupu 2001-ci ildə A.E. Repnik tərəfindən yaradılıb. Özündə 3000-dən çox yüksək ixtisaslı mütəxəssisləri birləşdirən Şirkətlər Qrupu Rusiya Federasiyasının bütün ərazilərində, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Yaponiyada və digər ölkələrdə fəaliyyət göstərir. "R-Farm" yüksək texnologiyalı dərman vasitələrinin, laboratoriya avadanlıqlarının habelə tibbi texnikanın tədqiqi, və işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması üzrə ixtisaslaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
4 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
4 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
4 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
6 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
7 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























