Manat gücləndi, marketlərdə mallar ucuzlaşır
Fevraldan başlayaraq ABŞ Dolları/Manat məzənnəsinin geriləyərək sabitləşməsi, Aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsinə səbəb olur.
“Marja” xəbər verir ki, marketlərdə çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, “Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib.
Bir sıra yerli istehsal mallarında da qiymət endirimi olduğu müşahidə edilir. Bu, xammalın və taranın alışının manat ilə ifadədə düşməsilə bağlı ola bilər.
Əgər Dolların məzənnəsi sabit qalarsa qarşıdakı günlərdə bir çox idxal mallarının ucuzlaşması görülə bilər.
Qeyd edək ki, Fevral və Mart ayında Manat Dollar qarşısında təxminən 10% gücələnib.
Fevral ayında iri idxalçılardan biri olan “Veysəloğlu” şirkətlər qrupu bəyan etmişdi ki, “Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”.
Vətəndaşlar Dolların Manat qarşısında ucuzlaşmasına baxmayaraq, marketlərdə qiymətlərin aşağı düşməməsindən şikayətlənirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
16 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























